Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İt dişləməsindən dünyasını dəyişən xəstənin həkimi açıqlama verdi
Tarix: 22-09-2017 | Saat: 10:31
Bölmə:Karusel / Gündəm / Hadisə / M2 | çapa göndər





Sumqayıt Şəhər .Y.X.-nın Travmatoloq həkimi M.Mahal-ın Xeberaz.az-a açıqlaması.
"Çox təəssüf ki , mənim adim nahaq yerə və bəlkə də məqsədli şəkildə hallanır. Mikayılova Zeynəb 31 iyul tarixində it dişləməsi nəticəsində .Y.X.-nın zədə məntəqəsinə qəbul olunub və zədə məntəqəsində yara nahiyələri təmizlənib, yuyulub, sarınıb , quduzluq əleyhinə vaksin vurulub. Yaralar dərin olmasada üz və baş nahiyəsində olduğu üçün xəstəxanada yatırılıb. 4 gün xəstəxanada qalıb. Yaralar hər gün Antiseptiklerle yuyulub , Antibiotik , Vitaminlər təyin olunub. 4 gün müddətində yaralar sağalıb və valideynin təkidi ilə evə buraxılıb . Xəstənın halı qənaətbəxş olub. 4 gün ərzində ona 2 quduzluqəleyhi vaksin vurulub. Və gələn gündən quduzluqəleyhi kabinetin həkimi ( Rabioloq ) tərəfindən nəzarətdə olub. Heç bir poliklinikada Rabioloq olmadığı üçün poliklinikaya aktiv məlumat verməyə ehtiyac olmayıb. Sonrakı iynələr Rabioloqun göstərişi ilə vurulub . Mən Travma və Yara işinə baxıram. Xəstə bizdən çıxandan sonra mualicənin davamı ile Rabioloq məşğul olub. Uşaq xəstəxanadan çıxandan sonra da onun valideynləri ilə əlaqə saxlamışam və bildirmişəm ki, sonrakı mualicə ilə Rabioloq həkim məşğul olacaq. Onunla ( Rabioloq həkimlə ) sıx əlaqə saxlayın. Çox təəssüf ki, bütün mualicələr düzgün aparılsa da, bizdən çıxandan 10 gün sonra xəstə Bakı Infeksion xəstəxanasında quduzluq xəstəliyindən dünyasını dəyişib. Bir həkim kimi mən öz üzərimə düşən vəzifə borcumu layiqincə yerinə yetirmişəm."


Bunu da, Həkimlər Şurasının iclasında təsdiqləyiblər ki, mualicə düzgün aparılıb. Buna baxmayaraq xəstənin yaxınları mənim adımı nahaq yerdən müxtəlif xəbər saytlarında düzgün olmayan şəkildə hallandırırlar. Bir həkim və insan kimi bu ölümə çox-çox təəssüflənirəm. Muasir elmdə quduzluğun mualicəsi tam işlənib hazırlanmayıb. Nəticə 97-98% i belə keçə bilmir. Hətta inkişaf etmiş Avropa ölkələrində belə , hər il yüzlərlə insan quduzluqdan dunyasını dəyişir.






Xəbəri paylaş

7108 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___