Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycan sərhədində əməliyyat: 8 nəfər tutuldu
Tarix: 30-06-2015 | Saat: 12:29
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Azərbaycan sərhədində əməliyyat: 8 nəfər tutuldu
Saxlanılan şəxslərdən ölkəyə qaçaqmal yolu ilə gətirilən məhsullar aşkarlanıb.
Dövlət Sərhəd Xidməti tərəfindən dəniz sərhədlərinin etibarlı mühafi­zəsi, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində rejim qaydalarına nəzarətin gücləndirilməsi üzrə zəruri tədbirlər davam etdirilməkdədir.

Xeberaz.az xəbər verir ki, Xidmətin mətbuat mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, cari ilin iyun ayında sərhədçilər tərəfindən dəniz yolu ilə ölkəmizə qaçaqmal gətirməyə cəhd göstərmiş cinayətkar qruplar zərərsiz­ləş­dirilib. Belə ki, 19 iyun 2015-ci il tarixdə DSX Sahil Mühafizəsinin “Müqtədir” sahil nəzarət məntəqəsinin xidməti sahəsindən Rusiya Federasiyasından dəniz yolu ilə qayıqla qaçaqmalın gətiriləcəyi barədə əldə olunmuş məlumata əsasən sahilboyu ərazi qapanıb, sərhəd gözətçi gəmisi vasitəsilə ərazi müşahidə altına götürülüb. Keçirilmiş tədbirlər nəticəsində 20 iyun 2015-ci il tarixdə saat 01:00 radələrində mühərrikli qayıqla 804 kq nərə cinsli və 7 kq hisə verilmiş balıq, 2,4 kq qara kürü gətirmiş 8 nəfərdən ibarət qrup saxlanılıb.

29 iyun 2015–ci il tarixdə saat 09:30 radələrində DSX Sahil Mühafizəsinin “Balıqçılar” sahil nəzarət məntəqəsinin xidməti sahəsində dənizdən qayıdan balıqçı qayığının sənədləşdirilməsi zamanı 2 nəfərdən ibarət heyət üzvünün hərəkətləri sərhəd naryadında şübhə doğurduğu üçün qayığa əsaslı baxış keçirilib, qayığın burun və orta hissələrində xüsusi düzəldilmiş gizli saxlanc yerləri aşkar edilib. Gizli yerlərə baxış zamanı 36 ədəd bağlamada ümumi çəkisi 1550 qram narkotik maddə olan qurudulmuş marixuana, 4600 qutu “Kent”, 2000 qutu “MM” markalı siqaretləri, 5970 konvalyut “Altram-200”adlı dərman preparatı, 15 ədəd “Samsung-Galaxy” markalı mobil telefon aşkar olunaraq götürülüb. İlkin araşdırma zamanı qaçaqmalın şəbəkə qrup tərəfindən dəniz yolu ilə İran İslam Respublikasından gətirildiyi müəyyən edilib.

Hər iki fakt üzrə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən cinayət işi qaldırılmışdır, zəruri istintaq tədbirləri davam etdirilir.


Xəbəri paylaş

6178 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___