Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°

"Adam tanıyıram ki, "Red Bull" içib, amma qanadlanmayıb" - Deputat
Tarix: 20-09-2017 | Saat: 16:29
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər


"Azərbaycanda satılan enerji içkilərinin tərkibi yoxlanılmalıdır. Əgər həmin içkilər insan sağlamlığına təhlükə törədirsə, onun satışı qadağan olunmalıdır".
Xeberaz.az xəbər verir ki, bu fikirləri olke.az-a açıqlamasında Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, Millli Məclisin İntizam komissiyasının sədri, professor Ağacan Abıyev bildirib. 
A.Abıyev deyib ki, bu məsələ ilə bağlı həkimlər tərəfindən ciddi araşdırma aparılmalıdır:
"Elə təbliğat aparırlar ki, guya həmin içkilər adama enerji verir və sairə. Əslində isə enerji daimi olan şey deyil. Səhər enerjili olursan, axşam isə onu istifadə edəndən sonra bitir. Ona görə də enerji içkilərinin tərkibini yoxlamaq lazımdır ki, bilək həmin içkilər insanların, xüsusilə də azyaşlı şəxslərin səhhətinə necə təsir göstərir. Əgər mənfi təsiri varsa, o zaman müvafiq qurumların nümayəndələri bununla bağlı məsələ qaldırmalıdırlar. O içkilərin tərkibini öyrənmək lazımdır. Bəlkə xaricdən elə şeylər göndərirlər ki, insanlara ziyan versin".
Deputat "Red Bull" və digər enerji içkilərinin Azərbaycanda reklam olunmasına da etirazını bildirib:
"Onlar bu içkiləri reklam etməklə pul qazanırlar. Həmin içkiləri istehsal edən şirkətlərin rəhbərlərinə təsir etmək lazımdır. İndiyədək mən bir dəfə də olsun "Red Bull" və ya digər ernerji içkilərindən istifadə etməmişəm. Ümumiyyətlə, bu içkiləri nə övladlarıma, nə də nəvələrimə məsləhət görmürəm. Övladlarımdan da heç biri bu içkilərdən istifadə etmir. Baxırsan ki, hər yerdə "Red Bull", "Red Bull" deyə reklam gedir. Reklamda yalandan deyirlər ki, guya "Red Bull" içəndən sonra insan qanadlanır. Bunun özü belə reklam haqqında qanunun tələblərinin pozulmasıdır. Kim deyə bilər ki, mən "Red Bull" içəndən sonra qanadlanmışam? Eksperiment üçün kimsə göstərsin ki, "Red Bull" içəndən sonra uçub? Kim sübut edə bilər ki, mən "Red Bull" içəndən sonra 1,5 metr deyil, 2 metr göyə tullanmışam? Bunu heç kəs deyə bilməz. Mən adam tanıyıram ki, "Red Bull" içib, amma qanadlanmayıb. Əgər bu cür reklamlara 5-10 nəfər inanırsa, bunun özü də pisdir. Bu cür hallara qarşı media güclü təbliğat aparmalıdır. Həmin içkiləri istehsal edən şirkətlərin rəhbərlərinə irad bildirilməlidir ki, olmaz belə etmək və sairə. Çünki son vaxtlar insanlar enerji içkilərini gündəlik su kimi içirlər. Bu da pis əlamətdir. Bunun qarşısını almaq üçün enerji içkilərinin tərkibindən bəhs edən və həkim rəyləri olan videoreportajlar hazırlanmalıdır və insanlar məlumatlandırılmalıdır". 



978 dəfə oxunub.

Digər xəbərlər
Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:
47-20+5=
Cavabınız:*
 

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
bütün xəbərlər
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
____ Instagram ___