Axtarışa verilən meyxanaçı Vahid Qədimin yeri bilindi
Tarix: 30-06-2015 | Saat: 12:18
Bölmə:Karusel / Hadisə / M2 / Fotogalereya | çapa göndər
O, bir müddət öncə də polislə qarşı-qarşıya gəlib.
Bakı şəhər Baş Polis İdarəsi tərəfindən axtarışa verilən tanınmış meyxanaçı Vahid Qədimin sorağı Rusiyadan gəldi.
Xeberaz.az xəbər verir ki, Publika.az-ın əldə etdiyi məlumata görə, dələduzluqda təqsirləndirilən meyxanaçı iki ildən artıqdır ki, Rusiyada yaşayır. Məlumatı meyxanaçının sənət dostları da təsdiqləyib.
Tanınmış meyxanaçı Ağamirzə Məmmədov Vahid Qədimin iki ildən artıqdır ki, Rusiyada yaşayıb, sənətlə məşğul olduğunu bildirib:
“Vahid iki ildən çoxdur ki, Bakıda yaşamır. Ailəsi ilə birgə Rusiyaya köçüb, ordan sorağını da alırıq. Eşitdiyimizə görə, Vahid orda da meyxanaları ilə məşhurdur, sevilir. Amma burdan niyə köçüb getdiyinin səbəbini bilmirəm”.
Qeyd edək ki, Azərbaycanın tanınmış meyxanaçısı axtarışa verilib. Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, 1973-cü il təvəllüdlü Səfərov Vahid Ağabala oğlu Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilir.
Meyxana aləmində Vahid Qədim kimi tanınan V.Səfərov bu ilin yanvarından axtarışa verilib.
Qeyd edək ki, Vahid Qədim bir müddət öncə də polislə qarşı-qarşıya gəlib. O, “Bacım oğlu” adlı meyxanasına çəkdirdiyi klipində polisin təqibindən yayınmağa çalışıb.
Xəbəri paylaş
6798 dəfə oxunub.
Digər xəbərlər

9-04-2022, 11:35
Həkim müayinəyə gələn qadını zorlayıb?.... - “Diaqnoz”un qoyduğu saxta diaqnozlar....
8-08-2018, 12:34
8 saatdan çox yatmayın - Səbəbi
25-10-2017, 14:16
Kievdə çılpaq qadın bakılı sərnişinləri qarşıladı - “Buta Airways"in təhqiredici reklamına görə (FOTO)
27-02-2018, 11:28
“Sahil” nə vaxt açılacaq? - Tarix açıqlandı
29-05-2022, 12:44
Bakıda temperatur 28, rayonlarda 31 dərəcəyə çatacaq
1-11-2018, 11:02
İŞİD-in növbəti qurbanı bu ölkə olacaq
16-08-2023, 11:47
Qatar relsə çıxan qadını vurub öldürdü - DİN-dən AÇIQLAMA (YENİLƏNİB)