Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda Feysbuk istifadəçilərinin fəallığı azaldı
Tarix: 19-09-2017 | Saat: 09:19
Bölmə:Karusel / Texnologiya | çapa göndər




2017-ci ilin yanvar-avqust aylarında Azərbaycanda Feysbuk sosial şəbəkəsinin istifadəçilərinin fəallığı 25,8 faiz azalıb.
Xeberaz.az məlumat verir ki, sentyabrın 1-ə olan vəziyyətə görə, Azərbaycan sosial media bazarında Feysbukun payı 65,3 faiz təşkil edib. Bu rəqəm 2016-cı ilin eyni dövrü ilə müqayisədə 21 faiz azdır. Populyarlığına görə Feysbuk Azərbaycan sosial media bazarında birinci yerdə qərarlaşıb.
Populyarlığına görə ikinci yerdə Yutub qərarlaşıb. Bu sosial şəbəkənin istifadəçilərinin fəallığı ötən ilə nisbətən 27 dəfə artıb. Yutubun ölkə sosial media bazarında payı 14,1 faiz təşkil edib.
Tvitter sosial şəbəkəsində fəallıq bu ilin ilk səkkiz ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfədən çox artıb. Bu sosial şəbəkənin Azərbaycan sosial media bazarında payı 8,7 faiz təşkil edib ki, bu da ötən illə müqayisədə 24,3 faiz çoxdur.
Azərbaycan sosial media bazarında payına görə dördüncü yerdə Pinterest (5,11 faiz) qərarlaşıb. Növbəti sıralarda İnstaqram (2,91 faiz), V kontakte (1,19 faiz) və Tumblr (1,12 faiz) qərarlaşıb.
 


Xəbəri paylaş

5888 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___