Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°

Qadın qazancını ərinə verməyə məcburdurmu?
Tarix: 19-09-2017 | Saat: 09:18
Bölmə:Karusel / İbadət | çapa göndər

b_520_0_16777215_0___images_stories_005SENTYABR_qazanc.jpeg
Evin başçısı kişi olduğu üçün ailənin dolanışığını təmin etmək də onun vəzifəsidir.
Qadının əsas vəzifəsi isə evinə ərinin istəmədiyi insanları qəbul etməmək, ərini məmnun etmək, uşaqların tərbiyəsi ilə məşğul olmaqdır. Dinimizin onlar üçün müəyyən etdiyi rollar məhz bu formadadır.
Qadın ərinin icazəsi ilə işləyə bilər

Qadın ərinin icazəsi ilə işləyib qazana bilər. Qadının qazandığı pul hüquqi baxımdan özünə məxsusdur. O, bu pulu istədiyi kimi xərcləmək hüququna malikdir. Bunu diyanət (dinin həyata tətbiqi) və ailənin vəhdəti baxımından düşündükdə, əri ilə bölüşməsinin, onunla məsləhət edərək xərclənəcəyi yerlərin müəyyən edilməsinin daha məqsəduyğun olduğu bir həqiqətdir. Çünki qadına işləməsi üçün icazə verən əridir. O icazə verməsə, qadın işləyə bilməz. Əgər icazəsiz işləsə, halal olmaz. Digər tərəfdən, qadının işləməsinin kişiyə əlavə olaraq bəzi vəzifələr yüklədiyi də bir həqiqətdir. Belə olan halda qadının qazandığını ərinə verməsi və məsələhət edilərək birlikdə xərclənməsi daha yaxşıdır. Bu, ailə müəssəsinin davamı üçün zəruridir. Miras və mehr kimi tamamilə qadına məxsus əmlak və pulların istifadəsində isə qadın sərbəstdir. Ancaq bunda da bölüşmək və məsləhətləşərək xərcləmək tövsiyə olunur.
Qadın öz maaşını necə xərcləməlidir?

İşləyən qadın haqqında qeyd etdiklərimiz qəbul edilməzsə, nə olar? Yəni, qadın qazandığı pulu tamamilə özü üçün sərf edər, özü xərcləyib özü yeyər, evə bir sıra şeylər alsa belə, əgər ərinə heç bir məlumat verməsə və məsləhət etməsə, bunda hər hansı bir qəbahət varmı? Bu kimi ailələrin vəziyyətini düşünmək lazımdır. Kişi bu kimi davranışlardan narahat olmazmı? Olar. Bunun nəticəsində də etimadsızlıq əmələ gəlməzmi? Halbuki, qadın və kişinin müqavilə bağlayıb imzalayaraq qurduqları ailənin ilkin şərti bir-birinə qarşı etimad, sədaqət və sevgidir. Elə isə, etimadı və sevgini sarsan hər bir hərəkətdən uzaq durmaq lazımdır.
Deyilə bilər ki, əgər evin kişisində hər hansı narahatlıq yoxdursa, qadın qazandığını sərbəst xərcləyə bilərmi? Bəlkə də, belə kişilər ola bilər, lakin bu kimilərinin sayı olduqca azdır. Yəni, xanımının xərcləməsi nəticəsində qəlbində hər hansı narahatlıq keçirməyən kişilər nadir hallarda olur. Həqiqətən, heç bir narahatlıq keçirməsə belə, görəsən, həmin ailədəki etimad, qarşılıqlı anlayış və digər bu kimi müsbət əxlaqi keyfiyyətlərə heç bir xələl gəlməyəcəkmi? Halbuki, ailə bir-birlərin qarşı güzəşdə gedən insanların yaşadığı, azla kifayət edilən bir yer deyil. Əksinə, ailə daim çoxalan mənəvi ab-havanın, sevginin və məhəbbətin yaşandığı cənnət bağçalarından bir bağçadır. Fikrimizcə, ailə həyatının mahiyyəti, məqsədi və nikah müqaviləsinin əbədiliyi kimi məsələlər tam dərk olunarsa, orada nə iqtisadi, nə şəxsi, nə də digər növdən olan hər hansı problem qalmaz. Zəmanəmizdə ailədaxili münaqişələr ailənin mahiyyətini anlamamaqdan irəli gəlir.
Hal-hazırda Qərb yönümlü bir ailə həyatı qurulmağa başlandığı üçün qadınlar azadlıq adı altında qazandıqları pulu öz nəzarətlərində saxlayıb, ərlərinə "sən qazanırsan, mən də qazanıram" anlayışı ilə davranırlar. Məhz bu anlayış "ailə" deyilən müqəddəs bir qurumun təməlini sarsır. Etimadsızlığın ortaya çıxması ilə də ailədaxili münaqişələr baş verir və əksər hallarda da boşanma ilə nəticələnir. Boşananlar bəlkə də, öz həyatlarına davam edirlər, lakin ortalıqda bir çox sahibsiz, valideyn himayəsindən və sevgidən məhrum böyüyən uşaqlar qalır və əziyyət çəkən də, məhz onlar olur.
Haqlarmı yoxsa xoşbəxtlikmi?

Bəli, hüquqi baxımdan qadının mal-dövlət məsələsində bəzi hüquqları olsa da, yaşadığı ailənin ən mühim ünsürü olaraq əri ilə məsləhət etməsi ailə məfhumunun mahiyyətinə ən müvafiq olan davranışdır. Əks təqdirdə, ailə dağılmağa məhkumdur. Bu məsələdə əri işsiz olduğu üçün işləmək məcburiyyətində qalan qadının da eyni olduğunu fikirləşirik. Yəni, bu qadın da ən azı pulu sərf edəcəyi yerləri əri ilə birlikdə müəyyən etməlidir. Digər tərəfdən, işsiz qalan bir kişinin evin dolanışığını təmin edən həyat yoldaşına təzyiq göstərməsi və ondan zorla pul alması kimi hallar nadir baş verən hallardandır. Təbii ki, bu kimi hallar baş verərsə, tədbir də görülməlidir. Yəni, bu kimi hallarda qadın evini dolandırmaq üçün pula və sərf etdiyi yerlərə özü nəzarət etməlidir.
Nə vaxt ərindən xəbərsiz pul xərcləyə bilər?

Onu da qeyd etmək lazımdır ki, bəzən ər heç bir şeyi düşünməyən və əhəmiyyət verməyən bir şəxs ola bilər. Məsələn, daim içki içən, evə sərxoş halda gələn, qumar oynayaraq, önünü-arxasını düşünmədən qazancını israf edərsə bu kimi hallarda, əgər qadın pul qazanırsa, ailəsinin dolanışığı təmin etmək məqsədilə gizlincə xərcləmək, eləcə də pulun bir qismini yığmaq hüququna sahibdir. Bu da ailənin davamı və uşaqların səadəti üçün şərtdir.
Qadın ərinin nə qazandığını bilməlidirmi?

Qadın ərinin qazancın bilmək istəyər və bu, ailədaxili münaqişələrə səbəb olarsa, ər ailədaxili hüzurun pozulmaması, ailənin dağılmaması üçün, bu kimi hallarda həyat yoldaşına məlumat verməlidir. Bundan əlavə, xanımını xeyirxahlıq və infaqa təşviq etməlidir. Beləliklə də, xeyirxahlıqlar etməyə vərdiş edən bir qadın müəyyən müddətdən sonra pulu əri ilə bölüşəcək, ən azı ərinin edəcəyi xeyirxahlıqlara mane olmayacaqdır.



2818 dəfə oxunub.

Digər xəbərlər
Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:
5+17-2=
Cavabınız:*
 

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
20-10-2017
bütün xəbərlər
«    Oktyabr 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
____ Instagram ___