Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İrəvanı qarışdıran "qırmızı paltarlılar" kimlərdi? (FOTO)
Tarix: 29-06-2015 | Saat: 23:57
Bölmə:Karusel / Dünya / M2 / Foto-fakt | çapa göndər

İrəvanı qarışdıran "qırmızı paltarlılar" kimlərdi? (FOTO)
Rusiya mətbuatında bu barədə müxtəlif məqalələr dərc olunur.
İrəvanda etiraz aksiyalarında "qırmızı paltarlılar" peyda olub.

Xeberaz.az Xəbər verir ki, ANS PRESS-in məlumatına görə, Rusiya mətbuatında bu barədə müxtəlif məqalələr dərc olunur. Bildirilir ki, aksiyalar zamanı nümayişçilər arasında müxtəlif yerlərdə qırmızı paltarlarda idmançı görkəmində şəxslər peyda olub.

Rusiya mətbuatının yazdığına görə, analoji hadisə Kiyevdə baş verən etiraz aksiyaları zamanı da müşahidə olunmuşdu.

Bəs, bu "Qırmızı paltarlılar" kimlərdir? Bu, təsadüfdür?

Rusiya xarici işlər nazirinin sabiq müavini, politoloq Fyodor Şelov-Kovedayevin sözlərinə görə, etirazların inkişafının başqa formata keçməsi mümkünlüyü, sözsüz ki, mövcuddur və əgər belə hallar meydana çıxırsa, həmin şəxsləri izləmək lazımdır: "Amma bu, təlaşa düşmədən edilməlidir".

Siyasi informasiya İnstitutunun baş direktoru Aleksey Muxin bildirdi ki, bunu "qırmızı paltarlılar" inqilabı adlandırmaq olar.

"Etiraz edənlər artıq iki yerə bölünüblər. Elektrik enerjisində tariflərin artırılmasına səmimiyyətlə qarşı çıxanlar və digər peşəkarlıqla aksiyaları alovlandıranlar. Onlar etirazların transformasiyasını onlar şəxsən müşahidə edirlər. Amma İrəvanda Kiyev maydanının variantı baş tutmayacaq, çünki Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Mənim sonrakı proqnozum erməni xüsusi xidmət orqanlarının hərəkətlərindən asılıdır".



Xəbəri paylaş

6278 dəfə oxunub.

Digər xəbərlər
24-03-2019, 14:44 Abşeronda "Shacman" yandı
23-09-2017, 11:00 Azərbaycana payız gəldi

bütün xəbərlər
____ Instagram ___