Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Pakistanda sevgili cütlüyü valideynləri edam etdi
Tarix: 15-09-2017 | Saat: 21:42
Bölmə:Karusel / Hadisə / Dünya | çapa göndər


Pakistanın Karaçi şəhərində birlikdə qaçaraq evlənməyə hazırlaşan gənc qız və oğlan öldürülüb.
 
Bu barədə  The Independent nəşri hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
 
Hadisə ilə bağlı hər iki ailənin üzvlərindən saxlanılanlar var. Qeyd edilir ki, gənclərin qohumları əvvəlcə 15 yaşlı Bakxt Canı, bir gün sonra isə onun 17 yaşlı sevgilisi Rəhmanı qətlə yetiriblər. Hər iki gənc tokla edam edilib.
 
Polisdən bildirilib ki, cinayətdə cütlüyün ataları, əmiləri, dayıları, həmçinin yerli Qəbilə Şurasının 30 nümayəndəsinin birbaşa əli var.
 
Nəşrin məlumatına əsasən, gənclərin valideynləri əvvəlcə toya razılıq veriblər, lakin sonradan məsələyə Ağsaqqallar Şurası qarışıb. Şura nümayəndələri valideynləri övaladlarını qətlə yetirməyəcəyi təqdirdə böyük problemlərlə hədələyiblər.
 
Qeyd edək ki, “namus üstündə qətllər”in sayı Pakistanda ildən-ilə artır. Əgər 2013-cü ildə 869 nəfər ənənələrin qurbanı olmuşdusa, 2015-ci ildə bu qurbanların sayı artıq 1184 nəfərə çatıb. Hər dəfə də səbəb eynidir.


Xəbəri paylaş

7078 dəfə oxunub.

Digər xəbərlər
7-03-2016, 12:55 Messidən növbəti rekord

bütün xəbərlər
____ Instagram ___