Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Məhkəmədə əlbəyaxa DAVA - "Oğlumun qanı yerdə qalır"
Tarix: 15-09-2017 | Saat: 16:51
Bölmə:Karusel / Hadisə | çapa göndər


Bakıda ərini bıçaqlayaraq öldürən 26 yaşlı Gülər Mirzəyevanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
 
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Qnyaz Babayev vəsatətlə çıxış edərək cinayət işinin istintaqa qaytarılması ilə bağlı vəsatət verib: "Bu mənim oğlumu tək öldürməyib. Buna köməklik ediblər. Həm də bıçaqlayandan sonra 3 saat saxlayıblar. Hər hansı yollarla ittiham yüngül verilib. Qəsdən sağlamlığa ağır zərbə vurma ilə bağlı ittiham düzgün verilməyib. Qıza qəsdən adam öldürülmə verilməliydi. Əlavə şahidlər də dindirilməlidir. Mənim yeganə oğlumu öldürüblər. Xəstəyəm. Baxanım yoxdur. Oğlumun qanı yerdə qalır".
 
Hakimlər vəsatəti müzakirə etmək üçün məhkəmə prosesi sentyabrın 22-ə qədər təxirə salıb. Məhkəmədən çıxan zaman zərərçəkmişin yaxınları ilə təqsirləndirilən yaxınları arasında mübahisə düşüb. Mübahisə əlbəyaxa davaya çevrilib. Məhkəmə nəzarətçiləri və penitensiar xidmətin əməkdaşları tərəfindən davanın qarşısı alınıb və hər iki tərəf ayrı-ayrı qapılardan yola salınıb.
 
Qeyd edək ki, 2016-cı il noyabrın 7-də Maştağa kəndində yaşayan G.Mirzəyeva həyat yoldaşı 32 yaşlı Şəmsi Babayevlə mübahisə zəminində ərinə bir neçə bıçaq zərbəsi vurub. Zərbələrdən biri ərinin şah damarına dəyib və o, qan itirmədən dünyasını dəyişib. Daha sonra G.Mirzəyeva hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, bu Məcəllənin 126.1 və 126.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunur. Məhkəmənin hazırlıq iclasında məlum olub ki, ali təhsilli olan G.Mirzəyeya Naxçıvan Dövlət Universitetinin filologiya fakültəsinin məzunudur və iki yaşlı övladı var. Onun mərhum əri Ş.Babayevin hüquqi varisi kimi atası Qnyaz Babayev tanınıb.




Xəbəri paylaş

5998 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___