Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda özəl klinikada ana doğuş zamanı öldü
Tarix: 11-09-2017 | Saat: 22:19
Bölmə:Karusel / Hadisə | çapa göndər

Bakıda özəl klinikada ana doğuş zamanı öldü
Sentyabrın 10-da Bakıda, Leyla Şıxlinskayanın Klinikasında ana ölümü baş verib. 31 yaşlı qadın doğuş zamanı dünyasını dəyişib.
Xəbəraz.Az”ın Virtualaz.org-a istinadən məlumatına görə, doğuş zamanı dünyasını dəyişən ana 1986-cı il təvəllüdlü Aygün Əbdürrəhmanovadır.
Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu, Nazirliyin Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədova faktı təsdiqləyib.
Komissiya sədri bildirib ki, uşağın həyatını xilas etmək mümkün olsa da, ana ölüb.
“Bütün özəl tibb müəssisələri, o cümlədən Leyla Şıxlinskayanın Klinikası Səhiyyə Nazirliyinin təlimatlarına əsasən fəaliyyət göstərir. Özəl tibb müəssisələrində baş verən ana ölümləri tərəfimizdən araşdırılır. Klinikada ana ölümü sentyabrın 10-da qeydə alınıb, bu barədə Doğuşayardım Komissiyası məlumatlandırılıb. Sənədlər təqdim ediləndən sonra ölümün səbəbi araşdırılacaq. Araşdırma tamamlanmadan ananın hansı səbəbdən öldüyünü söyləmək olmaz”,-Məmmədova əlavə edib.
Klinikanın özünü təqdim etmək istəməyən həkimi isə deyib ki, nəinki dünən axşam, o cümlədən son 1 ildə burada ana və uşaq ölümü qeydə alınmayıb.


Xəbəri paylaş

6448 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___