Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Elman Rüstəmov girovsuz götürdüyü 700 milyon manatı qaytarmayıb
Tarix: 10-09-2017 | Saat: 20:53
Bölmə:Karusel / Gündəm | çapa göndər



Beynəlxalq Bankı və ölkənin başqa əsas banklarını dağıtmış kredit oliqarxları ilə bağlı məsələ hələ öz həllini tapmayıb. Xatırladaq ki, “böyük neft pulu illəri”ndə bir çox banklar maliyyə-kredit sisteminə məsuliyyətsiz münasibət nəticəsində talanıb və boşaldılıb.
 
Xəbəraz.Az xəbər verir ki, Virtualaz.org indiyədək bank sektorunun problemlərinə, əsas emissiya, maliyyə-kredit institutu və bankların fəaliyyətinin nizama salınması səlahiyyəti verilmiş qurum kimi Mərkəzi Bankın məsuliyyətini ayrıca vurğulayaraq, bir neçə analitik yazı həsr edib.
 
Son illərdə prezident İlham Əliyev də həm hökumətin iclaslarında, həm də ictimaiyyət nümayəndələri ilə görüşlərində çıxışları zamanı bank sektorunun ən sürətli şəkildə sağlamlaşdırılması zərurətinə, eləcə də Azərbaycan biznesinə və iqtisadiyyatına kreditlərin ayrılması məsələsinə tez-tez toxunur.
 
Ancaq bank ekspertləri virtualaz.org-un redaksiyasına həyəcan və təəccüb doğuracaq informasiya veriblər. Qeyd edək ki, bu mənbələrin etibarlılığına heç bir şübhə yoxdur.
 
Beləliklə, virtualaz.org-a verilən xəbərdən məlum olur ki, Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov özü də kredit oliqarxı hesab edilə bilər. Demə, E.Rüstəmov birinci devalvasiyadan bir neçə həftə əvvəl Gürcüstanın inşaat sektoruna 700 milyon manat vəsait qoyub. Devalvasiyadan əvvəlki məzənnə ilə bu təxminən 1 milyard dollar təşkil edir.
 
Bank mənbələrinin məlumatına görə, E.Rüstəmov həmin məbləği özünün “Respublika-bank”ından, Beynəlxalq Bankdan və Azərbaycanın daha bir neçə bankından götürüb və hələ də qaytarmayıb.
 
Azərbaycan iqtisadiyyatının kreditləşməsinə və yeni layihələrin həyata keçirilməsinə xüsusi ehtiyac duyulduğu, iqtisadi və maliyyə böhranının yaşandığı bir dövrdə Mərkəzi Bank başçısının təşəbbüsü çox qəribə görünür və təəccüb doğurur.
 
Yaxın vaxtlarda biz məsələ ilə bağlı Mərkəzi Bank rəhbərinin nöqteyi-nəzərini təqdim etməyə və bu problemə yenidən qayıtmağa çalışacağıq.




Xəbəri paylaş

7388 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___