Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Gəlin bəyi və qonaqları aldadıb qaçdı - FOTO
Tarix: 09-09-2017 | Saat: 16:11
Bölmə:Karusel / Dünya / Maraqlı / Foto-fakt | çapa göndər


"Onun belə çirkin hərəkətini əsla bağışlayan deyiləm. Polisə şikayət etmişəm, axtarışdadır".
27 yaşlı Kris Mahounun nişanlısı Reyçel Dorandan şikayətçidir.
İngiltərənin Sellafild şəhərindəki atom-elektrik stansiyasında mexanik işləyən K.Mahoun 29 yaşlı Reyçel Doranla evlənməyə hazırlaşırdı. Özlərini "bəylə gəlin" adlandıran gənclər toy gününü də təyin etmişdilər.
Reyçel Doran toydan əvvəl nişanlısına İspaniyanın İbisa kurortunda dostlarla birlikdə istirahət təklif edib.
"Mənə söylədi ki, mən və dostlarım hərəmiz 440 funt-sterlinq verərək 4 gün İbisada əylənə bilərik. Təbii, bu məbləğ çox az olduğundan şübhələndim. Amma Reyçel dedi ki, bütün xərcləri valideynləri çəkəcəklər və bu, onların bizə toy hədiyyəsidir. Sevindim, dostlarıma dedim", - Kris Mahoun deyib.
Kris də 29 dostunu İbisaya dəvət edib və onların hər birindən 440 funt alaraq Reyçelə yollayıb.
Reyçel Doran "əylənmək istəyənlər"ə İbisadakı otellərdən birində 30 nömrəni bron etdiyi deyib, habelə otel nömrələrinin bron sənədlərini və Lids-İbisa aviareysinə biletləri yollayıb.
Kris Mahoun 29 dostu ilə Lids-Bredford beynəlxalq havalimanına yollanıb. Onlar təyyarəyə oturmaq üçün qeydiyyatdan keçmək niyyətinə düşəndə isə bəlli olub ki, Reyçel Doran bilet almayıb: onun yolladığı biletlər saxta imiş.
Kris Mahoun İbisaya, bron sənədlərində göstərilən otelə zəng vuranda isə kimsənin bu oteldə 30 nəfər üçün nömrə sifariş vermədiyi aşkarlanıb.
K.Mahoun 13 min funt məbləğində fırıldağa məruz qaldığını deyir və Facebook-da da bütün dostlarından üzr istədiyini vurğulayır.
Dostları isə fotokollajlar vasitəsilə Krisə sataşıblar, sonra da "vecinə də alma", habelə "Gəlin bəyi aldadıb qaçdı" yazıblar.



Xəbəri paylaş

8478 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___