Məcburi köçkünlər bu gün Mingəçevirdə etiraz aksiyası keçiriblər.
Tarix: 29-06-2015 | Saat: 21:28
Bölmə:Karusel / Gündəm / Hadisə / M2 / Foto-fakt | çapa göndər
“Qadınlar da bizi başa düşdülər”.
Xeberaz.az xəbər verir ki, bu barədə virtualaz.org saytına Mingəçevir Valideynlər Assosiasiyası İdarə Heyətinin üzvü Yeganə Nəbiyeva məlumat verib.
Y.Nəbiyevanın sözlərinə görə, Mingəçevirdə Kür çayının üstündən keçən körpüdə nəqliyyatın hərəkəti bir neçə saatlığa dayandırılıb.
Köçkünlər onlara ev verilməsini tələb ediblər:
“I Avropa Oyunlarının su-avarçəkmə ilə bağlı hissəsinin Mingəçevirdə keçirilməsi üçün Olimpiya kəndi salınmışdı. Oyunlardan sonra həmin evlərin məcburi köçkünlərə paylanması gözlənilirdi. Lakin say etibarilə bunun bütün köçkünlərə verilməsi mümkün deyil. Həmin evlərdə mənzil almaq istəyən köçkünlər isə körpüdə nəqliyyatın hərəkətini dayandırmağa cəhd göstərdilər. Piket polislərin müdaxiləsi ilə dağıdılıb”.
Mingəçevir Şəhər Polis Şöbəsindən virtualaz.org saytına xəbəri təsdiqlədilər: “Məcburi köçkün olan qadınlar toplanaraq ev almaq istədiklərini söylədilər. Biz isə onların istəkləri ilə bağlı Mingəçevir Şəhər İcra Hakimiyyətinə məlumat verdik. Bildirdik ki, polis ev vermir, evi “Qaçqınkom” verir, həmin ev də köçkünlər üçün tikilib, vaxtı çatanda komitə o mənzilləri paylayacaq. Qadınlar da bizi başa düşdülər və dağılışdılar”.
Xəbəri paylaş
6018 dəfə oxunub.
Digər xəbərlər

20-08-2016, 01:00
Salyanda maşın piyadanı vurub qaçdı
5-04-2017, 16:50
"Abbas pula görə Bakıdakı toyu qoyub Moskvaya getdi" - qalmaqal
5-11-2016, 22:55
Bu məhsulları alarkən diqqətli olun - Video
14-01-2016, 11:08
İŞİD İndoneziyanı terrorla silkələdi - Video
2-02-2017, 14:26
Azərbaycanda mobil telefon nömrələrinin satışı dayandırıldı
13-08-2021, 10:18
Türkiyədə sel fəlakəti nəticəsində ölənlərin sayı 27-yə çatdı
30-01-2018, 17:23
“Mançester Siti”də ciddi itki
10-11-2017, 11:22
Ağstafa bu qızdan danışır - VİDEO