Azərbaycan toylarında yeni ənənə formalaşır - VİDEO
Tarix: 08-09-2017 | Saat: 23:25
Bölmə:Karusel / Maraqlı / Xəbəraz TV | çapa göndər
Son vaxtlar toylarda yeni ənənə formalaşmağa başlayır.
Söhbət son günlər sosial şəbəkələrdə yayılan və əksər izləyicilər tərəfindən rəğbətlə qarşılanan Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayan toylardan gedir. Elə ötən günlərdə baş tutan bir toy mərasimindəki kimi...
Hörmət əlaməti olaraq hər kəs himnimizi ayaq üstə dinləyir, bəziləri isə hətta oxuyur. Və bu, çox vaxt toy sahiblərinin və ya bəylə gəlinin sifarişi əsasında həyata keçirilir.
Şadlıq evlərindən birinin inzibatçısı deyir ki, ümumiyyətlə son bir neçə ayda bu kimi sifarişlərin sayı artıb. Lakin sadəcə Azərbaycanın Dövlət himni sifariş edilmir. Eyni zamanda artıq toylara 3 rəngli dövlət bayrağımız da gətirilir.
Paytaxt sakinləri isə düşünürlər ki, bütün toylarda bu addım atılmalıdır. Ta o vaxta qədər ki, bu, bir toy ənənəsinə çevrilsin.
Nəzərə alsaq ki, artıq toylarımızda nəinki əcnəbi qonaqlar, hətta başqa ölkələrdən dəvət olunan müğənnilər də iştirak edir, o zaman şadlıq mərasimlərimizdə Dövlət himninin səsləndirilməsi və bayrağımızın dalğalandırılmasını həm də təbliğat hesab etmək olar.
Folklorşünaslar isə digər ölkələrlə müqayisədə, Azərbaycan toylarının milli adət-ənənələrimiz üzərində qurulduğunu deyirlər. Lakin müəyyən təcrübələrdən yararlanmaq da olar.
Ümumiyyətlə, həm vətəndaşlar, həm də ekspertlər bu addımın gənclərdə vətənpərvərlik hissinin formalaşmasını gücləndirəcəyini düşünürlər(Xezerxeber)
Xəbəri paylaş
6248 dəfə oxunub.
Digər xəbərlər

29-09-2021, 17:29
“Polimer Sənaye Parkı”nda əmək haqqı qalmaqalı – MMC-nin rəhbərindən prokurora şikayət
21-07-2015, 22:22
Atasının qatilini öldürən 25 yaşlı gəncin məhkəməsi başlayır – FOTO
26-06-2015, 16:30
Hüseyn Dəryanın qızı atasının xatirinə rep oxudu (VİDEO)
1-11-2017, 17:43
Dubayın üçüncü şeyxi məni almaq istəyirdi" -Firuzə İbadova
10-05-2016, 17:35
Ulu Öndər Heydər Əliyevin 93 cü il dönümü anıldı-BƏRDƏ
2-05-2016, 12:05
Kamal Abdulla Prezidentin məktubunu təqdim etdi
1-04-2015, 13:46
Ana yeni doğulmuş balasını küçəyə atdı
23-08-2016, 10:00
Obamanın sevgi filmi nümayişə hazırdır + video
11-09-2016, 11:56
İş adamının evdən qaçan arvadı: “Məni ütü ilə yandırırdı, qapını arxadan bağlayıb, sonra...” - FOTO
30-03-2017, 16:10
Rusiya Aprel savaşı ilə bağlı bəyanat verəcək