Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda internetdən daha çox kimlər istifadə edirlər?
Tarix: 06-09-2017 | Saat: 11:15
Bölmə:Karusel / M2 / Texnologiya | çapa göndər

Azərbaycanda internetdən daha çox kimlər istifadə edirlər?
Azərbaycanda internetdən istifadə edənlər daha çox kişilərdir.
Trend-in məlumatına görə, ölkədə internetdən istifadə edənlərin sayı son illər ərzində sürətlə artıb. 2008-ci ildə Azərbaycanda əhalinin 17,2 faizi internetdən istifadə etdiyi halda, 2012-ci ildə əhalinin 70, 2013-cü ildə 73, 2014-cü ildə 75, 2015-ci ildə 77, 2016-cı ildə 78 faizi internetdən istifadə edib.
Azərbaycanda bütün illər ərzində internetdən istifadə edən kişilərin sayı qadınları üstələyib. 2008-ci illə müqayisədə 2016-cı ildə ölkədə internetdən istifadə edən kişilərin sayının təxminən 4, qadınların sayının isə onlardan daha çox - 6 dəfə artmasına baxmayaraq, keçən il ərzində də internetdən istifadə edən qadınların sayı kişiləri üstələyə bilməyib.
Ümumilikdə, 2008-ci ildə kişilərin 21,6, qadınların 12,6 faizi, 2009-cu ildə kişilərin 32, qadınların 23 faizi, 2010-cu ildə kişilərin 55,6, qadınların 36,5 faizi, 2011-ci ildə kişilərin 75,8, qadınların 55,9 faizi, 2012-ci ildə kişilərin 78,1, qadınların 62,2 faizi, 2013-cü ildə kişilərin 78,8, qadınların 67,2 faizi, 2014-cü ildə kişilərin 78,9, qadınların 71,2 faizi, 2015-ci ildə kişilərin 78, qadınların 72 faizi, 2016-cı ildə kişilərin 79,9, qadınların 76,1 faizi internetdən istifadə edib.


Xəbəri paylaş

6378 dəfə oxunub.

Digər xəbərlər
21-03-2015, 15:19 İlan nəhəng iti uddu video

bütün xəbərlər
____ Instagram ___