Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Bu nə müsəlman qanıdır axır?..." – Mədinə Məlikdən üsyan sözlər
Tarix: 06-09-2017 | Saat: 11:13
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər


Son günlər Myanmada müsəlmanlara divan tutulması, vəhşicəsinə qətlə yetirilməsi sosial şəbəkədə birmənalı qarşılanmayıb. Azərbaycanlı məşhurlar da bu hadisələrə biganə qalmayıblar. Onlar sosial media hesablarında paylaşımlar edərək bu vəhşiliyə son qoyulmasını istəyirlər. Müsəlmanların qanının axıdılmasına etiraz edən məşhurlardan biri də azərbaycanın əsas prodüseri və “Kristal” qrupun rəhbəri Mədinə Məlik olub. O, bir neçə gündür sözügedən hadisələrdən dolayı gözünə yuxu getmədiyini Xeberaz.az-a deyib: " Gördüyüm bu dəhşət məni çox sarsıdıb. Buna necə susmaq olar? Bu vəhşiliyin adı nədir? Niyə dünya heç nə etmir? Niyə insanlar ayağa qalxmır? Hardadır axı insanlıq? Bu nə müsəlman qanıdır axır? Uşaqları işgəncə ilə öldürürlər. Rəbbim, özün müsəlmanlara kömək ol. Gecədən səhərədək onlara dua edirəm, desəm, bəlkə də inanmazsınız. Ancaq mən o qədər sarsıntı içərisindəyəm ki... Bu ağır görüntüləri sosial şəbəkədə paylaşmaq istəməzdim. Amma bəlkə hamımız üsyan etsək, bunun qarşısı alınar”.


Xəbəri paylaş

6628 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___