Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Terminallar ya qəpik sevmir, ya da manat... - Sərnişinlər narazıdır...
Tarix: 06-09-2017 | Saat: 10:59
Bölmə:Karusel / Gündəm / M2 / Araşdırma | çapa göndər

Terminallar ya qəpik sevmir, ya da manat...
 



BakıKart” ödəniş kartına pul yükləmək artıq problem halını alıb.
Buna səbəb karta pul yükləmək üçün paytaxtda terminalların kifayət qədər olmaması, olanların isə işləməməsidir.Məsələn, Əl Oyunları Sarayının qarşısındakı və Azneft meydanındakı dayanacaqlarda ödəniş terminalları yoxdur. Bu ərazilərdə kartınıza pul yükləmək istəyirisinizsə, gərək metronun “İçəri şəhər” stansiyasına qədər piyada yeriyəsiniz. Halbuki, sözügedən ərazi əhalinin, eləcə də turistlərin ən çox üz tutduqları ünvanlardan biridir.
Ümumlikd, paytaxtın əksər küçə və prospektlərində quraşdırılıan terminallar işləmir. “İşləyənlər” isə ya qəpiyi, ya da manatı sevmir. Nəticədə insanlar yolda qalır, gedəcəkləri ünvana geçikirlər. Problem hər gün böyüməkdə davam edir.
Məsələ ilə bağlı açıqlama verən Bakı Nəqliyyat Ağentliyinin ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Mais Ağayev bildirir ki, terminal aparatları əsasən kartla işləyən avtobusların keçdikləri ərazilərdə quraşdırılır:
“Ödəniş terminalları hansı ərazidə yoxdursa və bununla bağlı vətəndaşların müraciəti varsa, əməkdaşlarımız həmin əraziyə baxış keçirəcəklər. Sözügedən ərazilərdə ödəniş terminallarınının quraşdırılmasına ehtiyac varsa, təbii ki qoyulacaq. Bizim üşün əsas məsələ sərnişinlərin rahatlığını təmin etməkdir”.
Terminalların işləməməsi məsələnisə gəlincə:
“Terminalda problem yaranan kimi avtomatik olaraq mərkəzdə görünür. Bütün bunlar araşdırılır. Əməkdaşlarımız probelmlə bağlı qeyd olunan yerlərə baxış keçirəcək. Problem varsa, aradan qaldırılacaq”.metbuat.az


Xəbəri paylaş

6738 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___