Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycandan gedən məşhurlarımız - SİYAHI
Tarix: 05-09-2017 | Saat: 11:10
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər

Azərbaycandan gedən məşhurlarımız
 



Azərbaycanda bu şəxsləri demək olar ki, hamı tanıyır. Onlar mədəniyyətin, incəsənətin müxtəlif sahələrində çalışıblar. Yaratdıqları rollar, filmlər, şeirlər, əsərlərlə xalqın sevgisini qazanıblar. Hazırda isə xarici ölkələrdə yaşayır, fəaliyyət göstərirlər.
1.Məşhur kinorejissor Rüstəm İbrahimbəyov uzun zamandır Rusiyada yaşayır. Hazırda film yaradıcılığı sahəsində fəaliyyətini davam etdirir.
2.Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, SSRİ xalq rəssamı, Bakı Beynəlxaql Multukulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü Tahir Salahov da uzun illərdir Rusiyada məskunlaşıb.
3.Əməkdar incəsənət xadimi, məşhur bəstəkar Cavanşir Quliyev Kiprdə yaşayır. C.Quliyev bəstəkarlıq fəaliyyətilə yanaşı, müəllimlik peşəsini də davam etdirir.
4.Azərbaycan teatr və kino aktyoru, teatr rejissoru, əməkdar incəsənət xadimi Cahangir Novruzov hazırda Türkiyənin Adana şəhərində məskunlaşıb. C.Novruzov da müəllimlik fəaliyyətilə yanaşı, teatr rejissorluğunu davam etdirir.
5.AzTV-nin sabiq direktoru, “Gənclik” jurnalının baş redaktoru şair Məmməd İsmayılTürkiyənin Çanaqqala Universitetində dərs deyir.
6.Məşhur balaban ifaçısı Əlixan Səmədov da Türkiyədə məskunlaşıb.
7.Karvan qrupunun rəhbəri Mikayıl Vəkilov isə ABŞ-a köçüb.
8.Rəşid Behbudovun bacısı oğlu, müğənni Cəfər Behbudov uzun illərdir ki, Ukraynada fəaliyyət göstərir.
9.Müğənni-aktrisa Firəngiz Rəhimbəyova ABŞ-a köçən məşhurlarımızdandır. 1993-cü ildən qızı Raisa ilə birgə ABŞ-ın Los Anceles şəhərində yaşayır. O, 1999-cu ildə orada amerikalı memar Raymond Antoni ilə ailə həyatı qurub.
10.Müğənni Abbas Əhməd Rusiyada fəaliyyət göstərir.
11.Müğənni Sərxan Sərxan Azərbaycana tez-tez gəlib getsə də, daimi yaşadığı yer Rusiyadır.
12."Park" və digər filmlərdə maraqlı obrazlar yaradan aktrisa Natəvan Məmmədova 1990-cı illərin ortalarında Azərbaycanı tərk edib. 1997-ci ildən İsraildə yaşayır.
13.Aktrisa İnarə Quliyeva 1994-cü ildən Rusiyanın əməkdar artistidir. Azərbaycanın bir neçə bədii filmlərində rol alıb. Onu daha çox "Qaynana”da Afət, "Alma almaya bənzər” filmində müəllimə rolundan tanıyırıq.
14.Müğənni Rövşən Hicrəti 1990-cı illərdə çox məşhur idi. Həmin vaxtdan da Hollandiyaya köçüb. Həm cinsini, həm adını dəyişib. İndi onu Rövşanə kimi tanıyırıq.
15.Aktrisa Məlahət Abbasova 1991-ci ildə Türkiyə vətəndaşı ilə ailə qurub və bundan sonra İstanbulda yaşayır. Onun Uğur və Sudə adında iki övladı var.
16. Aktrisa Nəzrin Cavadzadə 1982-ci il iyulun 30-da Bakıda anadan olub. 11 yaşında ailəsi ilə birlikdə Türkiyəyə gedib. Yaratdığı obrazlara görə bir çox yerli və beynəlxalq mükafatlara layiq görülüb.
17.Müğənni İradə İbrahimova 2009-ci ildə Türkiyəli iş adamı Ceyhun İzerlə ailə həyatı qurub və hazırda Türkiyədə yaşayır. İradə Azərbaycanla əlaqələrini kəsməyib, onu tez-tez efirlərdə görürük.
18.Müğənni Ziyafət Yaqubova Avstriyada yaşayır. Vaxtilə Azərbaycanda ən çox sevilən müğam ifaçısı idi. Daha sonra estrada müğənnisi kimi fəaliyyət göstərən ifaçı əcnəbi ilə ailə həyatı qurub.
19.Aparıcı Aynur Talıbova ailə qurduqdan sonra ailəsi ilə birlikdə ABŞ-a köçüb. Hazırda onların bir oğlu var.
20.Model Nigar Talıbova 1975-ci ildə Bakı şəhərində anadan olub. Hazırda Türkiyədə yaşayır və fəaliyyət göstərir.
21.Repçi Uran ailəsi ilə birlikdə Fransaya köçüb. 
22.Müğənni Azərin də ötən il Türkiyəyə köçüb.

23.Məşhur teleaparıcı Esmira Çərkəzqızı da Türkiyəyə köçənlərdəndir.
24. Model Gunay Musayeva Türkiyədə sevilən aktyot Tolqa Çeviklə evlənib. Onların bu evlilikdən bir oğulları da var. Model hazırda da qardaş ölkədə fəaliyyətini davam etdirir.



Xəbəri paylaş

6908 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___