Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bu xəbərdən sonra siqaret çəkməyəcəksiz VİDEO:
Tarix: 29-06-2015 | Saat: 19:40
Bölmə:Karusel / Səhiyyə / Maraqlı / M2 / Xəbəraz TV | çapa göndər

Bu xəbərdən sonra siqaret çəkməyəcəksiz VİDEO:
Siqaret tüstüsünün zərərləri

Xeberaz.az təqdim edir:
Siqaretin zərərləri haqqında dəfələrlə süjet təqdim etmişik.Budəfəki xəbərimizdə isə siqaret çəkməyin yox, onun tüstüsünün uşaqlarda və hamilə qadınlarda hansı fəsadlara səbəb olduğundan bəhs edəcəyik.

Əslində vətəndaşlar siqaret çəkməyin zərərləri haqqında kifayət qədər məlumatlı olsalar da, onun tüstüsünün ətrafdakılara zərər vurması haqqında düşünmürlər. Əslində isə..

Evdə, avtomobildə, bir sözlə qapalı məkanlarda çəkilən siqaretin tüstüsü elə çəkmək qədər zərərlidir...Amerika alimlərinin araşdırmalarına əsasən, il əzrində 480 min nəfər siqaretin tüstüsündən zəhərlənir ki, onlardan 51 mini dünyasını dəyişir

Mütəxəssislər deyirlər ki, siqaret tüstüsünə məruz qalanların sağlam insanlara nisbətən 20-30% çox ağciyər xərçənginə tutulma riski var. Həkimlərin sözlərinə görə, siqaret tüstüsünün əhatəsində qalanların da, siqaret çəkənlər kimi nəfəs darlığı, tənəffüs xəstəlikləri, insult və infarkt keçirmə riski yüksəkdir

Siqaret tüstüsü böyüklərdən fərqli olaraq, uşaqlarda özünü başqa cür biruzə verir. Mütəxəssislər deyirlər ki, siqaret tüstüsünə məruz qalan uşaqlarda 10 yaşından etibarən bel ətrafında kökəlmələr olur. Qadınlar isə hamiləlik dövründə siqaret çəkərsə, yaxud tüstüsünə məruz qalarsa, onlarda uşaq düşürmə, vaxtından əvvəl doğuş və ya uşağın azçəkili doğulması hallarına rast gəlinir. Doğulan uşaqlarda isə bir sıra fəsadlar meydana çıxır.


Xəbəri paylaş

7138 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___