Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Oğul atasını baltalayaraq öldürdü - Şamaxıda
Tarix: 04-09-2017 | Saat: 10:26
Bölmə:Karusel / Hadisə | çapa göndər



Şamaxıda qətl hadisəsi baş verib.
 
APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Şamaxı şəhəri, Vəli Məmmədov küçəsi, 52 saylı mənzildə qeydə alınıb.
 
Rayon sakini, 1971-ci il təvəllüdlü Cahangirov Qadir Arif oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı atası, 1947-ci il təvəllüdlü Cahangirov Arif Ağəli oğlunu baltalayaraq öldürüb. Başından və bədənindən ağır zərbələr alan A.Cahangirov Şamaxı rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq yaralı dünyasını dəyişib.
 
Cinayəti törədən Q.Cahangirov atasını ağır vəziyyətdə gördükdə həmin balta ilə öz başına zərbə vurub. O, xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirərək əməliyyat olunub. Alkoqol aludəçisi olan Q.Cahangirovun  hadisə zamanı içkili vəziyyətdə olduğu bildirilir.
 
Hadisə ilə əlaqədar Şamaxı rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.


Xəbəri paylaş

6178 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___