Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Liviyada həbsdən azad edilən üç Azərbaycan vətəndaşı Bakıda - TƏSİRLİ ANLAR - VİDEO
Tarix: 03-09-2017 | Saat: 10:46
Bölmə:Karusel / Hadisə / M2 / Xəbəraz TV | çapa göndər


Ötən ilin 27 fevral tarixində Liviya sahillərində girov götürülən gəmiçilərimizdən xəbər var. Onlar Liviyadan həbsdən azad olunublar və artıq Azərbaycana gətiriliblər.
Türkiyə şirkətinə məxsus "Kalkanlar 1" gəmisinin ekipaj üzvü olan sözügedən vətəndaşlarımızı hava limanında qarşılayanlar arasında əməkdaşlarımız da olub.
Xəbəraz.Az xezerxeber.az-a istinadən bildirir ki,  bu gün həmin vətəndaşların ailələri üçün sözün əsl mənasında ikiqat bayramdır. Liviyada həbsdə olan 3 gəmiçimiz artıq Azərbaycandadır. Bir ildən artıqdır ki, Liviya sahillərində girov götürülən və həbs edilən dənizçiləri hava limanında onların ailə üzvləri qarşılayıb.
Türkiyə şirkətinə məxsus "Kalkanlar 1" gəmisinin ekipaj üzvü olan Salmanov Namiq, Rəşidbəyli Mövlud və Əliyev Fərid 27 fevral 2016-cı ildən itkin düşmüş şəxslər kimi axtarışdaydılar. Onlar ailələrinə sonuncu telefon zəngi zamanı gəminin batırıldığını deyiblər və əlaqə kəsilib. Həmin gündən müvafiq qurumlara müraciətlər edilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin axtarışlarından sonra adıçəkilən şəxslərin Liviyanın Sirt şəhərində "İslamiyə qüvvələri" tərəfindən girov götürüldüyü məlum olub.
Azərbaycanın Liviyada diplomatik nümayəndəliyi fəaliyyətini dayandırdığı üçün Türkiyənin Liviyadakı diplomatik nümayəndəliyinə konsulluq dəstəyi göstərməsi ilə əlaqədar müraciət olunub. Həmçinin Liviyanın Azərbaycandakı səfirliyindən də kömək istənildi. Nəticədə vətəndaşlarımızın girovluqdan azad edilməsi və dövlət orqanlarının nəzarətində olan əraziyə gətirilməsi mümkün oldu. Onlara qarşı Liviya ərazisindən qanunsuz şəkildə dizel yanacağının çıxarılması ilə büdcəyə külli miqdarda ziyan vurmaq barədə ittihamlar irəli sürülüb. Lakin XİN Liviyanın Azərbaycandakı səfirliyi vasitəsilə ittiham aktının təqdim olunmasını və konsulluq yardımının göstərilməsini tələb edib. Bütün proseslərdən sonra nəhayət 31 avqust tarixində dənizçilərimiz həbsdən azad edilib.
Azərbaycanlı gəmiçilər əvvəlcə Liviyadan Türkiyənin İstanbul şəhərinə gətirilib. İstanbuldakı Baş konsulluğumuz isə onlar üçün sərhəd keçmə sənədləri hazırlayaraq dənizçilərimizi təyyarə ilə Bakıya yola salıblar.


Xəbəri paylaş

7748 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___