Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Möhtəşəm “Xəzər Palace” otelinin açılışı oldu - Foto
Tarix: 02-09-2017 | Saat: 22:56
Bölmə:Karusel / Gündəm / Foto-fakt | çapa göndər

Möhtəşəm “Xəzər Palace” otelinin açılışı oldu
Azərbaycan prezidenti İlham Əliyev Lənkəranda “Xəzər Palace” otel kompleksinin açılışında iştirak edib.
Dövlətimizin başçısı “Xəzər Palace” otel kompleksinin rəmzi açılışını bildirən lenti kəsib.
Yeni turizm obyekti ilə tanışlıq zamanı Azərbaycan prezidentinə məlumat verildi ki, otel kompleksi iki hektar sahədə inşa edilib. Otelin beşmərtəbəli binasının tikintisinə 2015-ci ilin mayında başlanılıb və bu ilin avqustunda başa çatdırılıb. Müxtəlif çeşidli yüksək xidmətlərin göstəriləcəyi otel kompleksi müasir standartlar səviyyəsində inşa olunub. Otuz doqquz nömrədən ibarət oteldə qonaqların rahat istirahəti üçün hər cür şərait yaradılıb.
Qeyd olundu ki, oteldə xidmət göstərəcək heyət yüksək hazırlıq kursu keçib və onların əksəriyyətini yerli kadrlar təşkil edir. Əməkdaşlar otelin istənilən xidmət sahəsində qonaqlara yüksək səviyyəli qulluğun göstərilməsi ilə bağlı xüsusi təlim kurslarına cəlb olunublar. Otel kompleksində müxtəlif tədbirlərin keçirilməsi üçün geniş imkanları olan konfrans zalı, müasir restoranlar da fəaliyyət göstərir. Restoranlarda turistlərə Azərbaycan və dünya mətbəxinin nümunələri təqdim olunacaq.
 Dövlət başçısı oteldəki nömrələrdə yaradılan şəraitlə maraqlanıb.   
“Xəzər Palace” otel kompleksində 100 nəfər üçün daimi iş yeri nəzərdə tutulur. Kompleksin ərazisi tam abadlaşdırılıb, yaşıllıq sahəsi salınıb. Otel kompleksinin ərazisində, həmçinin 8 kottec qonaqların istifadəsinə verilib.








Xəbəri paylaş

1 0208 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___