Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Yanukoviçin sirri üzə çıxdı - Qeyri-rəsmi nikahdan oğlu var imiş
Tarix: 02-09-2017 | Saat: 12:08
Bölmə:Karusel / Dünya | çapa göndər

Yanukoviçin sirri üzə çıxdı
Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin 3 il öncə ata olduğu ortaya çıxıb.
Bu barədə 67 yaşlı siyasətçiyə yaxın mənbələr bildiriblər.
Qeyd olunur ki, Yanukoviçin üçüncü oğlu o, Maydan hadisələri vaxtı ölkəni tərk etdikdən dərhal sonra Rusiyada anadan olub. 2014-cü ildə dünyaya gələn körpənin anası isə eks-prezidentin qeyri-rəsmi nikahda yaşadığı Lyubov Polejaydır.
Xatırladaq ki, V. Fedoroviç bu ilin fevralında “Der Spiegel” qəzetinə müsahibəsində 45 illik həyat yoldaşı Lyudmiladan ayrıldığını və keçmiş aşpazının bacısı Lyubovla vətəndaş nikahında yaşadığını bəyan etmişdi.
Hazırda Ukraynada Yanukoviçlə yaşayan Lyubov “Crystal Spa” adlı gözəllik salonu və “Gələcəyə yol” xeyriyyəçilik fonduna rəhbərlik edir.
Lyudmila Yanukoviç isə Krımda yaşayır. V. Yanukoviçin birinci arvadından Aleksanr və Viktor adlı iki oğlu var.


Xəbəri paylaş

6218 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___