Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"30 ilin iynə vuranıyam, nervimlə oynamayın!"
Tarix: 20-03-2015 | Saat: 00:11
Bölmə:Karusel / Hadisə / M2 / Xəbəraz TV | çapa göndər

"30 ilin iynə vuranıyam, nervimlə oynamayın!"
Əvvələr cinayət məcəlləsinin bir neçə maddəsi ilə 7 dəfə azadlıqdan məhrum edilən şəxs bu dəfə 1 kiloqrama yaxın narkotik vasitələrlə saxlanılıb. Əməliyyat Paytaxtın Nizami rayonu ərazisində həyata keçirilib.

Xeberaz.az Region TV-yə istinadən xəbər verir ki, Nizami rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini 48 yaşlı Samir Tahirzadə saxlanılıb. Keçirilən əməliyyat zamanı ondan ümumumi çəkisi 1 kiloqrama yaxın həşiş və heroin aşkar olunaraq götürülüb.

Saxlanılan şəxs narkotik vasitələri satmaq niyyəti ilə əldə etdiyini bildirib: "1500 manata almışam, özüm istifadə edirəm. İmkan olsaydı satacaqdım. Yarısı heroin, yarısı marixuanadır."

Saxlanılan şəxs kameralara da etirazını bildirib: "Çəkirsən, tez çək, çıx get. Mən xəstə adamam, 30 ilin iynə vuranıyam, nervimlə oynama."

Faktla bağlı saxlanılan şəxs barəsində cinayət işi qaldırlıb. Əvvəllər dəfələrlə məhkumluq həyatı yaşayan Samir Tahirzadənin etdiyi növbəti qanun pozuntusuna görə, istintaqin gedişatında hüquqi qiymət veriləcək.



Xəbəri paylaş

7128 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___