Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Toyda əri ilə dalaşan qadının DƏHŞƏTLİ SONU - Meyitini 5 yaşlı qızı tapdı - YENİLƏNİB
Tarix: 01-09-2017 | Saat: 11:28
Bölmə:Karusel / Hadisə | çapa göndər


Dünən Salyan rayonunun Xıdırlı kəndində 31 yaşlı qadının özünü asaraq intihar etməsi hadisəsinin təfərrüatı məlum olub. 
Xəbəraz.Az bildirir ki, lent.az-ın əldə etdiyi məlumata görə, anasının evinin hamam otağında özünü asaraq həyatına son qoyan Göyüşova Kəmalə İkram qızı ailəli olub və 5 yaşlı qızı varmış. Xıdırlı kənd Ərazi Nümayəndəliyində xadimə işləyən qadının ailəsində həyat yoldaşı ilə tez-tez münaqişələr baş verirmiş. Əri onu döydüyü üçün təxminən 10 gün əvvəl Kəmalə Göyüşova 102-yə zəng edərək polisdən kömək də istəyib. Daha sonra isə o, anasının evinə qayıdıb.
Dünən isə kənd sakinlərindən birinin həyətində keçirilən toy mərasimində Kəmalə əri ilə rastlaşıb və orada onlar arasında münaqişə baş verib. Həyat yoldaşının insanların arasında onu təhqir etməsinə dözməyən qadın daha sonra evə gələrək özünü asıb. Onun meyitini 5 yaşlı qızı aşkarlayıb.
Qeyd edək ki, intihar edən qadının həyat yoldaşı Bakıdakı ixtisaslaşmış zavodlardan birində çalışır.
Faktla bağlı Salyan rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
----------
10:05
Ötən gecə saat 1-2 radələrində Salyan rayonunun Xıdırlı kəndində intihar hadisəsi baş verib.
Xəbəraz.Az bildirir ki, 1986-cı ildə anadan olmuş kənd sakini Göyüşova Kəmalə İkram qızı özünü yaşadığı evin həyətindəki yardımçı tikilidə press ipi ilə asaraq intihar edib.
Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi ehtimal edilir. Kəmalə Göyüşovanın 5 yaşlı 1 qızı qalıb.
Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.


Xəbəri paylaş

9308 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___