Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
REYTİNQ BÖHRANI
Tarix: 31-08-2017 | Saat: 15:16
Bölmə:Karusel / M2 / Gənclərimiz | çapa göndər


Müasir dövrdə ölkəmizdə milli televiziya izləyənlərin sayı xeyli azdır.Nədənsə əksər evlərdə bu aralar xarici kanallara baxış daha çoxdur.Görəsən bu nədən asılıdır? Nədən milli televiziyamız özünə yetərli baxış sayı toplaya bilmir? Bu suala iki cavab vermək daha məqsədəuyğundur.Ya televiziyamız bizi tələbatımızı yetəri qədər ödəyəcək proqramlarla təmin etmir,yada ‘əşşi çevir bizim kanalları’ deyiminə alışmışıq.Birinci cavabımı əsaslandırmaq üçün onu deyə bilərəm ki, bizim tələb etdiyimiz televiziya daha dürüst,daha ürəyəyatımlı verilişlər,xəbər proqramları,eləcə də bədii cəhətdən insanın daha da qəlbinə yatan seriallar,filmlər istehsal etməlidir.Amma əksərən bu tələbat ödənə bilmir.İnsanlar bizim televiziyaya baxarkən əyləncə,duyğusal verilişlərdən başqa demək olar ki, heç bir şey görmür.Daha maarifləndirici proqramlar axtarır.İntellektual proqram axtarır.Amma intellektuallığa müraciət televiziyamızda kasaddır.Bir önəmli məsələ də vardır ki, bu da müğənnilərimizin aparıcılıq,aparıcıların bəzən müğənnilik və ya başqa peşəylə məşğul olmasıdır.Belə peşə paylaşımı olduqda istər-istəməz peşəkarlıq məhdud olur.Müğənni proqramı əsl aparıcı kimi aparıb,lazımi reytinqi toplaya bilmir.Dahi şairimizin söylədiyi kimi:
Bir elm öyrənmək istədikdə sən,
             Çalış ki hər şeyi kamil biləsən.
             Kamil bir palançı olsa da insan
             Yaxşıdır yarımçıq papaqçılıqdan...
Yəni ki, hansı peşə olursa olsun insan gərək öz peşəsini kamil bilsin və o peşə ilə də yaradıcılığını davam etsin.
Sadəcə proqramlar deyil,serial və kinolarımızın da reytinq toplaya bilməmə səbəblərindən biri də budur.Hər hansı başqa peşənin sahibi özünü aktyor,aktrisa və rejissor sahəsində sınayır.Nəticə olduğu kimi,lazımi peşəkarlıq ortaya çıxmır.Səbəblər və səhvlər saydıqca bitməz.Bəzi oyunçularımızın vurğu problemi,tələffüz səhvi(məsələn, “ç” səsinin dilaltı deyilməsi, “ş” səsinin “s’’ kimi deyilməsi və s.), vulqarizmlərdən və pafosdan istifadənin çoxluğu ( “uje”“fiso”“alkaş” və s.),aktyor,aktrisalarımızın (təbii ki hamıya şamil edilmir) hədsiz abartılı xarici görünüşü və s. kimi səhvlər də reytinqə irəliləməkdə mane olur.Azərbaycan filmi vaxtilə qazandığı tamaşaçı sevgisini,böyük tamaşaçı  auditoriyasını bu gün yetəri qədər qazana bilmir.Amma əmin ola bilərik ki, bu kimi səhvlər aradan qaldırılarsa müəyyən irəliləyişlər qazanmaq olar.Bunun üçün isə edilən hər bir işin üzərində əlindən gəldiyi qədər,hətta bəzən daha çox çalışmalısan.Ümidlərimizdən biri də budur ki, bir neçə ilə Azərbaycan televiziyası daha geniş tamaşaçı sevgisi qazanacaq və reytinqlərdə ilk sıralamanı qoruyub saxlayacaqdır...
Müəllif-Nağıyev Elçin 


Xəbəri paylaş

1 1408 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___