Türkiyə Silahlı Qüvvələrinə məxsus tanklar və digər zirehli texnika Suriya sərhədinə yeridilib.
Tarix: 29-06-2015 | Saat: 18:32
Bölmə:Karusel / Dünya / M2 / Fotogalereya | çapa göndər
Kobani ilə üzbəüz mövqelərdə hərəkətlilik başlayıb
Xeberaz.az-ın məlumatına görə, tanklar Suriyanın Kobani şəhəri ilə üzbəüz yerləşdirilib. Son bir neçə gün ərzində burada nisbi sakitlik hökm sürsə də, Türkiyə tərəfində hərəkətlilik başlayıb. Bütün sərhəd xətti boyunca təhlükəsizlik tədbirləri görülüb, qırıcı təyyarələr də qırmızı həyəcan siqnalı vəziyyətinə gətirilib.
Tankların Suriya sərhədinə yeridilməsi Türkiyə Milli Təhlükəsizlik Şurasının Bakı vaxtı ilə saat 17:00-da başlayan fövqəladə iclası ərəfəsinə təsadüf etməsi diqqət çəkib. Hakim Ədalət və İnkişaf Partiyası»nın sədri və Baş nazir səlahiyyətlərinin icraçısı Əhməd Davudoğlu bildirib ki, Türkiyənin sərhəd təhlükəsizliyinə xələl gəlməməsi üçün hər cür ehtimala qarşı hazırlıq görülüb.
Türkiyə mediyası Əhməd Davudoğlunun Suriyanın ölkəsi ilə sərhəd ərazilərinin PKK və İŞİD-in əlinə keçməsindən narahat olduğunu və orduya döyüş əmri verdiyini yazıb.
Prezident Ərdoğan isə son açıqlamalarında Suriyanın Türkiyə ilə sərhəd ərazilərində yeni bir dövlətin meydana çıxmasına imkan verməyəcəklərini deyib.
Xəbəri paylaş
6338 dəfə oxunub.
Digər xəbərlər

18-06-2017, 08:47
Şəhidimiz üç əsgərin həyatını xilas edibmiş
6-05-2016, 00:01
Ədalət qıtlığı yaşayırıq - Ərdoğan
1-07-2017, 17:50
Allah hansı günahları bağışlamaz?
24-04-2016, 16:19
Lələtəpəni alan Milli Qəhrəman - Video
30-05-2019, 13:43
Fazil Mustafa “Binə” və “Sədərək”in sahiblərini ittiham etdi
15-05-2021, 12:25
"Aşkı Memnu"nun aktyoru tanınmaz halda - FOTO
16-05-2017, 12:55
Ötən ay nikaha daxil olmaq istəyən 301 nəfərdə talassemiya daşıyıcılığı, 7 nəfərdə QİÇS aşkarlanıb
5-10-2020, 10:03
“Bu, mənim erməni xalqına sözümdür” - İlham Əliyev
8-06-2021, 09:48
Beyləqanda Bələdiyyə sədri narazlıq yaradır - MÜRACİƏT