Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
I Moskva Dövlət Tibb Universitetinin filialı fəaliyyətə başlayacaq.
Tarix: 29-06-2015 | Saat: 18:27
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər

I Moskva Dövlət Tibb Universitetinin filialı fəaliyyətə başlayacaq.
Filial sentyabrın 15-də fəaliyyətə başlayacaq.

Sentyabrın 15-də Bakıda İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin filialı fəaliyyətə başlayacaq.

Xeberaz.az Təhsil Nazirliyinin məlumatına istinadla xəbər verir ki, ilk tədris ilində filialda dövlət sifarişi əsasında 100 tələbə müalicə işi ixtisası üzrə təhsil alacaq.

I Moskva Dövlət Tibb Universitetinin Bakı filialının yaradılması haqqında qərar Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncam əsasında qəbul edilib. Rusiya Səhiyyə Nazirliyi də universitetin Bakı filialının yaradılması haqqında müvafiq əmr imzalayıb.

Filialın yaradılmasında məqsəd Azərbaycan Respublikasında tibb təhsilinin təkmilləşdirilməsi və bu sahədə dünyanın nüfuzlu ali təhsil mərkəzləri ilə əlaqələrin genişləndirilməsi, həmçinin ölkə vətəndaşlarının Rusiya Federasiyasının tibb təhsili müəssisələrində oxumaq arzusunun təmin olunmasından ibarətdir.

İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universiteti Bakıda yaradılan filialın kadrlarla təminatına və tədris prosesinin təşkilinə metodoloji dəstək göstərəcək. Tədris əsasən, universitetin professor-müəllim heyəti tərəfindən yeni nəsil Rusiya dövlət təhsil standartlarına uyğun aparılacaq. Eyni zamanda, tədris prosesinə dünyada tanınmış Rusiya alimləri cəlb olunacaq. Filialda həkim-mütəxəssislərin hazırlanması zamanı innovativ təhsil texnologiyalarının tətbiqi və master-klasların keçirilməsi nəzərdə tutulur.


Xəbəri paylaş

6598 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___