Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ayaz Qasımov üçün şou-biznesdə "Nömrə 1"lər bunlardı - VİDEO
Tarix: 30-08-2017 | Saat: 15:15
Bölmə:Karusel / Şou-Biznes / Xəbəraz TV | çapa göndər

 

Müğənni Ayaz Qasımov şou-biznesdə “Nömrə 1” hesab etdiyi müğənnilərin adını açıqlayıb.Xəbəraz.Az xəbər verirki,“APA TV”-nin “Show time” verilişinə qonaq olan ifaçı bu sözləri deyib: “Sənətin meyarı gündəm deyil. Ola bilər ki, sənət baxımından biz birini aşağılarda görək, amma milyonlarla tamaşaçı onu sevə bilər. Amma sənət “Nömrə 1”-i olan ifaçılar var. Mənim üçün “Nömrə 1” Brilliant Dadaşova, kişilərdən isə Elçin Cəlilovdur. Bunlar çox böyük sənətkar, sənəti əsl sevənlərdir. Bu insanlar sənətdə pik nöqtə sayılırlar. Brilliant xanımın adını əbəs yerə çəkmədim. Bu xanım hər janrda gözəl oxuyur”.
 
Ayaz isə bildirib ki, peşəkar səhnəyə ilk addımlarını atdığı “Azəri star” yarışmasının adının daha sonralar Ayaz Qasımov adının yanında hallanmasını istəməyib: “Çünki pul xərcləyib mahnı ifa edib, klip çəkdirirdik. Amma özəl kanallar bizi efirə buraxmırdılar. Səbəb isə digər telekanalın keçirdiyi yarışmanın iştirakçısını o biri kanal efirində görmək istəmirdi. Həm də hiss olunurdu ki, biz güclü rəqibik. O vaxtda indiki kimi deyildi. Onda yalnız efir idi. İndi isə sosial şəbəkə var. Müxtəlif yollarla tanınmaq mümkündür. İndi televiziyaya çıxmadan tanınmaq olar. Bir video ilə milyonların sevimlisinə çevrilmək mümkündü. Amma qeyri-sağlam iş görən müğənnilər də var. Baxırsan ki, məsələn, Azərbaycan xalq 8 milyondu, amma 3 milyon izləyicisi var. Bunu saxta yolla edirlər. 75 milyonluq Türkiyənin ən tanınmış müğənnisinin izləyicisi 1 milyondan çox deyil. Bəlkə də yüzminlərdədi. Yəni bütün bunlar uyğun gəlmir. Mənim üçün baxış sayı göstərici deyil”. 




Xəbəri paylaş

7538 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___