Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
ZÖVQLÜ və DƏBLƏ geyinən BƏYLƏR ÜÇÜN Azərbaycanın ən Dəbli Geyim və Ayaqqabılarını Satan Online Satış Portalıyıq. Çatdırılma Gün Ərzində Sizə Münasib Vaxtlarda.. . Ölkə Xariçi Göndəriş Yalnız Bizdə. . Bütün Bölgələrə Çatdirilma 1 Günə. .
Əlaqə üçün: (055)-291-37-73 (WhatsApp) ➡@kisi_ayaqqabilari_baku
Tələbələrə nəqliyyat güzəşti verilə bilər - DANIŞIQLAR APARILIR
Tarix: 30-08-2017, 14:49 | Saat: 15:47:00
Bölmə:Karusel / Gündəm | çapa göndər


Tələbələr cəmiyyətin aktiv üzvləri və ölkənin gələcək taleyini həll edən təbəqədir. Bu baxımdan dünyanın müxtəlif ölkələrində həmin təbəqəyə dəyər verilir və onlar üçün müəyyən güzəştlər nəzərdə tutulur. Məsələn, qonşu Türkiyədə təkcə tələbələrə deyil, məktəblilərə də güzəştlər var. Əlbəttə, xərclərin kifayət qədər çox olduğu vaxtda məktəbli və tələbələr üçün, heç olmasa, ictimai nəqliyyatın pulsuz olması yükü bir qədər azalda bilər.
Bəs  Azərbaycanda tələbələr üçün hansısa güzəşt nəzərədə tutulubmu?


“Azərbaycan tələbə kartından Avropada istifadə etmək  mümkündür”


Milli Məclisin deputatı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov açıqlamasında bildirib ki, Azərbaycanda tələbələr üçün güzəşt kartı var. Onun sözlərinə görə, hazırda bu istiqamətdə müəyyən danışıqlar aparılır:
“Bilirsiniz ki, mən həm də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədriyəm. Bizim işimiz mütəmadi olaraq tələbə məsələləri, tələbələrin asudə vaxtının saəmərəli  təşkili, onların qarşısına çıxacaq problemlərin həlli istiqamətində fəaliyyət göstərməkdir.  O cümlədən tələbələr üçün müxtəlif layihələr həyata keçiririk. Buna görə biz ölkədə fəaliyyət göstərən bir sıra rəsmi qurumlar, özəl şirkətlərlə əməkdaşlıq edirik.
Tələbələrə güzəştlə bağlı məsələlərə gəldikdə bunun xaricdə ən geniş yayılmış növü  tələbə kartlarıdır.  Xaricdə olan tələbələr bu kartdan istifadə edərək uzunmüddətli endirim əldə edirlər. Azərbaycanda 2015-ci ilin aprel ayında bir qrup  gəncin ölkə prezidenti ilə görüşü olmuşdu.  Həmin görüşdə tələbə endirim kartlarının təklifi verilmişdi.
“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına əsasən bütün tələbələrə dövlət hesabına tələbə  endirim kartları paylanıldı. Bu  kartlar özündə müxtəlif məkanlarda endirimləri birləşdirdi.  Endirimlər təqribən 5 faizdən 50  faizə qədər idi.  Layihənin tərəfdaları Gənclər və İdman Nazirliyi,  Təhsil Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı idi.  Qeyd etmək istəyirəm ki, layihə  həm də beynəlxalq xarakter daşıyır. Bu layihədə Avropa Gənclər Kartı Assossasiyasının (EYCA) loqosu vasitəsilə  Azərbaycan tələbə kartından ölkə ilə yanaşı, Avropada da istifadə etmək  mümkündür”.


Sentyabrda kartların tələbələrə verilməsinin yeni mərhələsi başlayacaq


Ş.İsmayılov qeyd edib ki, artıq 10 minə yaxın tələbəyə Azərbaycan tələbə kartı paylanılıb:
“Ötən il tələbə kartının yeni dizaynının təqdimatını həyat keçirdik. Həmin vaxtdan bu yana bizə artıq 20 minə yaxın  müraciət daxil olub. Həmin müraciətlərə əsasən, 10 minə yaxın kart hazırlanıb tələbələrə paylanılıb. Sentyabrdan kartların tələbələrə verilməsinin yeni mərhələsi başlayacaq. Kartın yenilənmiş versiyasında biz tələbələrin  daha çox üz tutacağı məkanları onlar arasında keçirdiyimiz sorğu əsasında müəyyənləşdirdik. Bu məkanlarla müqavilələr bağladıq. O cümlədən “Azərbaycan Tələbə Kartı” layihəsi çərçivəsində tələbələrə “Azərfon” şirkəti tərəfindən verilən “Nar” nömrələri də təqdim edilir.  Bu davamlı prosesdir və sentyabrdan etibarən məkanların siyahısını genişləndirməyi düşünürük. Həmçinin, yarana biləcək texniki məsələlərin həlli istiqamətində fəaliyyət göstərəcəyik.  Hazırda bir sıra qurumlarla danışıqlar gedir”.

Tələbələr nəqliyyat vasitələrindən pulsuz istifadə edə biləcəklər?


Deputat bildirib ki, bu istiqamətdə ciddi işlər görülür:
“Biz artıq bir neçə  müddətdir ki, bu məsələ üzərində ciddi şəkildə danışıqlar aparırıq. Həm hava nəqliyyatı, həm avtobusla sərnişindaşıma şirkətləri, həm də digər nəqliyyat qurumları ilə  danışıqlarımız başlayacaq. Əlbəttə, burada Tarif Şurasının mövqeyi vacibdir. Bu barədə biz rəsmi müraciətimizi edəcəyik.  O cümlədən Bakı Nəqliyyat Agentliyi ilə də danışıqlar olub. Yəqin ki, bu yaxınlarda nəticə olacaq”.
(modern)

2728 dəfə oxunub.
ZÖVQLÜ və DƏBLƏ geyinən BƏYLƏR ÜÇÜN Azərbaycanın ən Dəbli Geyim və Ayaqqabılarını Satan Online Satış Portalıyıq. Çatdırılma Gün Ərzində Sizə Münasib Vaxtlarda.. . Ölkə Xariçi Göndəriş Yalnız Bizdə. . Bütün Bölgələrə Çatdirilma 1 Günə. .
Əlaqə üçün: (055)-291-37-73 (WhatsApp) ➡@kisi_ayaqqabilari_baku

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:
5+17-2=
Cavabınız:*
 

Anket

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
bütün xəbərlər
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
____ Instagram ___