Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda biznesmenin qardaşını öldürən şəxsin kimliyi BİLİNDİ - TƏFƏRRÜAT
Tarix: 28-08-2017 | Saat: 18:54
Bölmə:Karusel / Hadisə | çapa göndər

 
Bu ilin mart ayında Kürdəmir rayonunun Yenikənd kəndində törədilmiş qətlin üstü açılıb.Kənd sakini Ədilov Namiq Abdulbağı oğlunu küt alətlə vurub öldürən şəxsin 1964-cü il təvəllüdlü Mirzəyev Rahim Rəhim oğlu olduğu müəyyən edilib. O, həbs edilib.
 
Bildirilir ki, R.Mirzəyev əvvəllər də bir neçə cinayət əməli törədib və “Arıq” ləqəbi ilə tanınırmış. Onun həmkəndlisini hansı səbəbdən öldürməsinə gəlincə, araşdırmalar nəticəsində qətlin söyüş üstündə törədilməsi məlum olub. Belə ki, R.Mirzəyev atasının məzar daşına qəbiristanlıqda naməlum şəxsin ziyan vurmasını öyrənəndən sonra Namiq Ədilovun yanında həmin əməli törədən şəxsin ünvanına təhqiramiz ifadələr işlədib. Bu zaman N.Ədilov əsəbiləşərək qəbir daşının onun tərəfindən sındırıldığını deyib və R.Mirzəyevi söyüb. Fiziki cəhətdən N.Ədilova gücünün çatmayacağını görən Rahim həmin gün gecə onun yaşadığı evin qapısını döyüb və qapı açılan kimi küt alətlə Namizin başına zərbə endirərək onu öldürüb.
 
Qeyd edək ki, hadisədən bir neçə gün əvvəl Namiq Ədilovun atası vəfat edib. Keçən il isə onun Rusiya paytaxtında yaşayan biznesmen qardaşı Təvəkkül Ədilovun oğlu yol qəzasında faciəvi şəkildə ölüb.


Xəbəri paylaş

6958 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___