Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Orqanizmdə dəmirin əvəzsiz rolu
Tarix: 28-08-2017 | Saat: 11:08
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

b_440_308_16777215_0___images_stories_Maraqlixeber_demirin-rolu.jpeg
Dəmir insan orqanizmində çox böyük rol oynayır:
- Dəmir oksigenin saxlanması və daşımasında iştirak edir. Eritrositlərin (qan hüceyrələri) tərkibinə hemoqlobin zülalı daxildir. Hemoqlobinin hər molekulunda dəmir atomları var. Bu atomlar ağ ciyərdə oksigeni birləşdirir və onu bütün orqanizmin toxumalarına çatdırır. Toxumalarda isə karbon qazını özünə birləşdirərək buradan "çıxardır". Eritrositlər təxminən 4 ay ərzində yaşayır və sonra təzələri ilə əvəz olunur.
- Dəmir bir çox metabolik proseslərdə, orqanizmin inkişafında və toxuma  nəfəsalmasında iştirak edir.
- Dəmir qanayaratma proseslərində iştirak edir.
- Dəmir immun sisteminin normal fəaliyyəti üçün çox vacibdir.
- Dəmir qalxanvari vəzi hormonların istehsalında iştirak edir.
- Dəmir qara ciyərdə gedən proseslərdə iştirak edir (zəhərli maddələrin parçalanmasında və s.).
- Dəmir DNT-ın sintezində iştirak edir.
- Dəmir birləşdirici toxumasının sintezində iştirak edir.
- Dəmir xərçəng hüceyrələrinin inkişafını ləngidir.
Dəmirin çatışmazlığı özünü bu kimi simptomlarla büruzə verir:
- Əsəbilik, ağlağanlıq, baş ağrıları, baş gicəllənməsi.
- Taxikardiya, ürəkdə ağrılar.
- Qeyri-adi maddələrin yeməyinə meyillilik (torpaq, təbaşir, qum).
- Ağız boşluğunun selikli qişasının quru olması, dilin üzərində çatlar.
- İştahanın azalması, qıcqırma, qəbizlik, köp.
- Yorğunluq, zəiflik.
- Yaddaşın və diqqətin pisləşməsi.
- Uşaqlarda fiziki və əqli inkişafının ləngiməsi.
- İmmunitetin zəifləməsi.
- Dirnaqların nazik və kövrək olması.
- Qalxanvari vəzinin fəaliyyətinin pozulması.
Qidalanmada dəmirin əsas mənbələri:
- Ət, qara ciyər, balıq, quş əti, yumurta sarısı. Bu məhsullardan dəmir ən çox miqdarda mənimsənilir.
- qoz-fındıq,
- lobya, mərci, noxud,
- kök, çuğundur, balqabaq, brokkoli kələmi,
- ərik, alma, qavalı, üzüm, əncir,
- cəfəri, gicitkən,
- bal,
- qarabaşaq, yulaf yarması,
- göbələk.
Dəmir C vitamini ilə birlikdə daha yaxşı mənimsənilir. Bu səbəbdən ət qidalarına, tərəvəz salatlarına limon şirəsi əlavə etməklə biz dəmirin mənimsənilməsini artırırıq. Tərkibində kofein maddəsi olan içkilər dəmirin mənimsənilməsini pisləşdirir. Dəmirlə zəngin olan qidalardan sonra çay, qəhvə, cola, enerji içkiləri içmək tövsiyə edilmir.


Xəbəri paylaş

7198 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___