Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Borc pulla qurban kəsmək olarmı? - İlahiyyatçının cavabı və vacib şərtlər
Tarix: 25-08-2017 | Saat: 12:35
Bölmə:Karusel / İbadət | çapa göndər




Bayram yaxınlaşdıqca qurbanlıq heyvanların alınması ilə bağlı bir sıra məsələlər meydana çıxır.

Qurbanlıq heyvan hansı pulla alınmalıdır və əməl olunması vacib olan qaydalar hansılardır?

Ilahiyyatçı Mirhəmid Məmmədov deyir ki, qurbanlıq alınarkən ən vacib şərt ona verilən pulun halal qazanc olmasıdır. Borca pul götürüb, qurbanlıq heyvan almağın da öz şərtləri var.

Bəzi insanlar isə qurbanlıq heyvan almaq ucun hansısa məqsədlə banklardan götürdükləri kredit pulundan müəyyən məbləğ ayırır və yaxud da bu məqsədlə kredit kartlarından pul çəkirlər.

Mirhəmid Məmmədov deyir ki, əgər bu kreditlər faizlidirsə, yəni bir şəxs gələcəkdə götürdüyü puldan artığını ödəməli olacaqsa, bu, haram sayılır və belə pulla qurbanlıq heyvan almaq olmaz. Həmçinin tək heyvan almağa imkanı olmayanlar, 7 nəfərlə pulu bir yerə qoyaraq qurbanlıq heyvan ala bilərlər. Bu halda alınan heyvan mütləq iribuynuzlu olmalıdır.

İstənilən halda əgər imkan varsa bayramda qurban kəsilməsi və ətin kasıblara təmənnasız paylanılması yaxşı haldır. Lakin bunu hər bir müsəlman İslam dininin buyurduğu şərtlərə uyğun yerinə yetirməlidir.


Xəbəri paylaş

5888 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___