Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Arvadınızı dəyişə bilərsiz, ancaq... – FUTBOL DEYİMLƏRİ
Tarix: 24-08-2017 | Saat: 18:03
Bölmə:Karusel / Maraqlı / M2 / Fotogalereya | çapa göndər



 
Məşhurların futbol haqqında fikirlərini təqdim edirik.
 
Alber Kamyu: Əxlaq və məsuliyyət haqda bildiyim nə varsa onu futbola borcluyam.
 

 
Ondino Viera: Digər ölkələrin tarixi var, Uruqvayın isə futbolu.
 

 
Nik Hornbi: Futbol azarkeşinin təbii halı məyusluqdur – görüşün nəticəsi nə olursa olsun.
 

 
Bobbi Robson: Futbolu tamamlayacaq tək bir söz var: “Ah!”
 

 
Filis Diller: Qadınların futbol oynamağa maraq göstərməməsinin əsl səbəbi başqadır: heç vaxt 11 qadın camaatın içində eyni paltarda görünmək istəməz.
 

 
Bjork: Futbol bir istehsal festivalı kimidir. Tək bir yumurtaya daxil olmaq istəyən on bir sperma. Qapıçının halına üzülürəm.
 

 
Fransua Moriak: XX əsr futbol əsri olacaq.
 

 
Sergey Eyzenşteyn: Heç bir film bu qədər tamaşaçı toplamayacaq, nə qədər ki, 22 nəfər bir topun dalınca qaçır.
 

 
Endi Uorholl: Pele mənim nəzəriyyəmi qabaqlayan birdir, o, 15 dəqiqəlik şöhrət əvəzinə 15 əsr qazandı.
 

 
Bill Şenkli: Hakimlərin problemi odur ki, onlar oyunun qaydalarını bilirlər, amma oyunun özünü başa düşmürlər.
 

 
Valeriy Labonovskiy: Oyun unudulur, amma nəticə yadda qalır.
 

 
Denis Lou: Futbol tarixində dəyişməyən yeganə şey topun formasıdır.
 

 
Robert Lembke: Futbolu necə oynamaq lazım olduğunu bilən adam heyf ki, mikrofonun qarşısında oturur.
 

 
Erik Kontana: Arvadınızı, siyasi əqidənizi, hətta dininizi dəyişə bilərsiniz. Amma azarkeşlik etdiyiniz komandanı heç vaxt.
 


(kulis.az)


Xəbəri paylaş

1 3428 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___