Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Nə qədər qışqırdım, Bayram gözünü açmadı" - Ağamirzə
Tarix: 23-08-2017 | Saat: 11:50
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər



Tanınmış meyxana ustası Bayram Kürdəxanlını avtomobillə vuran adamın tanınmış meyxanaçı Ağamirzənin qohumu olduğu deyilir.

Açıqlama verən Ağamirzə xəbəri təsdiqləyib:

“Bayramı vuran Emin mənim uzaqdan-uzağa qohumumdur. Kim istəyərdi ki belə hadisə olsun?! Emin danışır ki, hadisə baş verən zaman maşını yüksək sürətlə idarə etməyibmiş. Bayram qəfildən maşının altına girib, Emin avtomobili qaçırtsa da, xeyri olmayıb. Elə özü də onu xəstəxanaya çatdırıb”.

Ağamirzə gecə xəstəxanada Bayramın yanında qaldığını dedi:

“Reanimasiyada idi, içəri girdim, qardaşı da mənimləydi. Nə qədər çağırdım ki, Bayram, gözünü aç, yanındayam, eşitmədi. Komadaydı. O boyda “türmədə” ölməyəsən, gəlib bir maşının altında qalasan. Qismətə bax. Hələ də şokdayam, özümə gələ bilmirəm”.(yenicag)


Xəbəri paylaş

9638 dəfə oxunub.

Digər xəbərlər
6-03-2017, 22:11 Möcüzə axtarışında

bütün xəbərlər
____ Instagram ___