Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bayram Kürdəxanılının faciəvi ölümü ilə bağlı YENİ XƏBƏR
Tarix: 23-08-2017 | Saat: 10:51
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər


Tanınmış meyxanaçı Bayram Kürdəxanılının (Bayramqulu Quliyev) ölümü ilə bağlı cinayət işi açılıb.
 
Sabunçu rayon Polis İdarəsindən verilən məlumata görə, Bayram Kürdəxanılının avtomobillə vurulması faktı ilə bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, hadisəni törədən sürücü şübhəli şəxs qismində saxlanılıb.
 
Hazırda başlanmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
 
Qeyd edək ki, Bayram Kürdəxanılı ötən gecə Kürdəxanı qəsəbəsində yolu keçərkən onu qəsəbə sakini Emin Fərhadovun idarə etdiyi "Peugeot" markalı avtomobil vurub. B.Kürdəxanılı ağır xəsarətlərlə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.  
  
Məlumata görə, hadisə B.Kürdəxanılı qəsəbədəki toy mərasimindən evinə gedərkən baş verib.
 
**
03:49
 
Tanınmış meyxana ustası Bayram Kürdəxanılı (Bayramqulu Quliyev) avtomobil vurması nəticəsində ölüb.
 
Hadisə Kürdəxanı qəsəbəsində baş verib. Bayram Kürdəxanılı yolu keçərkən qəsəbə sakini Emin Fərhadov tərəfindən idarə olunan "Peugeot" markalı avtomobil onu vurub. B.Kürdəxanılı ağır xəsarətlərlə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.  
 
Sürücü E.Fərhadov saxlanılıb, onun barəsində cinayət işi başlanılıb. 
 
Məlumata görə, hadisə B.Kürdəxanılı qəsəbədəki toy mərasimindən evinə gedərkən baş verib.


Xəbəri paylaş

1 2188 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___