Kopenhagendə tarixi şans
Tarix: 22-08-2017 | Saat: 12:20
Bölmə:Karusel / İdman | çapa göndər
Bu gün Çempionlar Liqasında pley-offun cavab oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, tarixində ilk dəfə bu mərhələdə təmsil olunan Azərbaycanın çempionu “Qarabağ” sabah meydana çıxacaq.
Beşqat ölkə çempionumuz səfərdə “Kopenhagen”in qonağı olacaq. Danimarka təmsilçisini evdə 1:0 hesabı ilə yenən Qurban Qurbanovun yetirmələri üstünlüyünü qorumağa çalışacaq.
Azərbaycan futbol tarixinə qitənin ən nüfuzlu klub turnirindəki ilk komanda kimi düşmək şansı əldə edən “Qarabağ”a istənilən hesablı bərabərlik də kifayət edir. Minimal fərqli, amma qollu yenilgi də təmsilçimizin lehinə olacaq.
Lakin səfərə yüksək əhval-ruhiyyə ilə yollanan Qurbanovun komandası Bakıda yendiyi rəqibi yenə məğlub etməyə çalışacaq. 19 il öncə 0:6 hesabı ilə uduzduğu Kopenhagendə tarix yazmağa köklənən çempionumuz vətənə qəhrəman kimi dönmək əzmindədi.
Tarix yazmaq şansı qazandığımız matç həm də diqqətçəkən məqamlarla yadda qalacaq. Belə ki, Azərbaycan klubları avrokuboklar tarixində 300-cü, Çempionlar Liqasında 60-cı sınağına çıxacaq.
Qeyd edək ki, “Kopenhagen” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Çempionlar Liqası
Pley-off mərhələsi
Cavab oyunu
23 avqust
22:45. “Kopenhagen” (Danimarka) - “Qarabağ” (Azərbaycan)
Baş hakim: Alberto Undiano Mallenko
Baş hakimin köməkçiləri: Roberto Alonso Fernandes, Raul Kabanyero Martines
Əlavə köməkçi hakimlər: Alexandro Xose Ernandes, Xose Mariya Sançes Martines
Dördüncü hakim: Dieqo Barbero Sevilya (hamısı İspaniya)
Hakim-inspektor: Alfredo Trentalanqe (İtaliya)
UEFA nümayəndəsi: Alan Makri (Şotlandiya)
Kopenhagen. “Tella Parken” stadionu
İlk oyun – 0:1
Xəbəri paylaş
7898 dəfə oxunub.
Digər xəbərlər

3-07-2017, 23:47
Azərbaycanlı tələbə bir ayda 4,5 milyon qazandı: "İndi sevdiyim qızı evə taksi ilə aparıram" - FOTOLAR
21-08-2016, 17:25
“Fənərbağça”dan qovulan baş məşqçi yeni klub tapdı
15-03-2019, 08:36
Erməni iş adamı qətlə yetirildi
3-11-2020, 13:56
"Ordumuz Şuşaya nəfəs qədər yaxındır" - Ali Baş Komandan
25-09-2023, 11:57
Toyuqların nə dediklərini başa düşmək olacaq - Süni İntellektin gücü
1-09-2017, 11:29
Norveç – Azərbaycan: Favorit kimdi?
21-05-2020, 08:20
“Türkiyə Hava Yolları” beynəlxalq uçuşlara başlayır
19-12-2015, 10:58
Qızla tanış olmağın 10 üsulu və gözəl bir klip VİDEO
24-05-2018, 09:18
İnyesta yapon klubunda çıxış edəcək
17-04-2016, 16:50
Avtomobil hasarı dağıdıb kafeyə girdi - QUBADA