Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Teatrın iki seks-simvolu bir arada və ya Azdramada premyera
Tarix: 19-03-2015 | Saat: 23:00
Bölmə:Karusel / Gündəm / Şou-Biznes / M2 | çapa göndər

Teatrın iki seks-simvolu bir arada və ya Azdramada premyera
Otən axşam Azərbaycan Dövlət Milli Akademik Dram teatrında növbəti premyera baş tutdu. Bu dəfə İlyas Əfəndiyevin “Mənin günahım” pyesini qocaman rejissorlarımızdan olan Mərahim Fərzəlibəyov səhnələşdirmişdi. Xatırladım ki, bu tamaşanı ilk dəfə təxminən 40 il bundan öncə, yəni 1966 ildə Əşrəf Quliyev elə burada, Azdrama səhnəsində qurmuşdu. Tamaşada “Ayqız” rolunu oynayan Amalya Pənahova isə 1985 ildə artıq televiziya tamaşası qurmuş və orada daha bir baş rolda- Nurcahan rolunda oynamışdı. İndi isə o zamankı seks-simvolları, yəni Amalya Pənahova və Rafael Dadaşovu indiki zamanın analoji simaları - Məleykə Əsədova və Elşən Rüstəmov əvəzlədi. Özü də qeyd edim ki, əvəzlənmə o qədər də pis alinmadı. İndi isə təfərrüatıyla.. Mərahim Fərzəlibəyov 40 ilin pyesini müasirləşdirdi, orada canlanan hadisələri indiki zamana cevirdi. Lakin, kostyumlar üzrə rəssam və quruluşcu rəssam deyəsən saatlarının əqrəblərini qabağa çəkməyi unutmuşdular. Kostyumlar və dekorasiyalar Azdramaya tamamı ilə yaraşmayan, bəsit və kasıb görsənirdi və tamaşadan zövq almağı kifayət qədər çətinləşdirirdi. Bircə onu qeyd etmək kifayətdir ki, baş roıların ifaçıları demək olarki, bütün tamaşanı eyni paltarda oynadılar. Onların küçədə, evdə, və işdə eyni libasda səhnəyə çıxmaqları yalnız ironik gülüş doğura bilərdi. O ki qaldı Elşən Rüstəmov və Məleykə Əsədova tandeminə, onların oyunu vəhdət təşkil etdiyinə görə, kifayət qədər maraqlı alındı. Əsədovanın balerina paltarında oynamağını çıxsaq, onun bu tamaşanı uğurla başa vurdugunu deyə bilərik. Amma baletmeysterlə bir az da məşqul olsa, Məleykə xanımın yaratdıği Nurcahan obrazının daha da parlaq alınacağina şübhəm yoxdur. Elşən Rüstəmov isə yenə də öz ampluasında idi. Onun “Sahibi”nə baxanda, o obrazda tamaşaçıların çoxları özlərini görə bilərdilər və öz hərəkətlərini, öz həyat seçimlərini yenidən təhlil edə bilərdilər. Pyesdə daha bir maraqlı və dərin düşüncəli obraz alına bilərdi, əgər onun öhdəsindən aktyor Elnar Qarayev gələ bilsəydi. Lakin təəsüflər olsun ki, bu yetərincə maraqlı rolu gurultulu soyada malik olan aktyor “guruldada” bilmədi. Halbuki, bu onun üçün hər gənc aktyora nəsib olmayan bir şans idi. Yeri gəlmişkən deyim ki, heç rejissorun da Qarayevin oyunu xoşuna gəlmədi. Onun “Xansu”sunun asta danışmağı, sözlərin axırını udmağı açıq-aydın görünürdü. Məsələn, Hacı İsmaylovun əynindəki kostyum ona ən azı iki ölçü böyük olmağına baxmayaraq, Xalq artistinin oyunu diqqəti cəlb edirdi,qəhrəmanın iç dünyasını açirdı, amma “Xansu”nu elə bil ki hardansa küçədən kimsə gətirib tamamilə yad olan bir mühitə salmışdı və aktyor ansablında ona yer tapılmadı. Bu isə həm aktyorun, həm də rejissorun günahıdır desək, yanılmarıq. İlyas Əfəndiyev kimi dəryadan faydalanmağı bacarmaq hər adamın işi deyil, axı bu dəryada batmaq da olar…
Vüqar Vüqarlı


Xəbəri paylaş

8288 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___