Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Elza Seyidcahan: "Gəl öp məni, məşhur olaq…"
Tarix: 21-08-2017 | Saat: 15:52
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər


Tanınmış kinorejissor Elşən Məmmədov Facebook statusunda əməkdar artist Elza Seyidcahanı ələ salıb:
"Belə getsə, yeni İt-Pişik Nazirliyi yaranacaq. Elza Seyidcahan da nazir olacaq. Biz də it-pişiklərimizdən birdəfəlik arxayın olarıq..."
Xeberaz.az bildirir ki, yenicag.az-a açıqlama verən Seyidcahan qəzəbini şeirlə ifadə edib:
"O insanlar gecə-gündüz "Elza" deyib sayıqlayır. Yazıqlar "Elza xəstəliyinə" düçar olublar. Onların da dərdinin bir dərmanı var - mənim şeirlərim. Getsinlər oxusunlar, şəfa tapsınlar. Mənə görə narahat olan o insana "Get işinlə məşğul ol",  şeirimlə cavab verirəm. O şeirdə elə misralar var ki...
"Gəl öp məni, məşhur olaq...
Söyürəm səni... get işinlə məşğul ol"...
O misralar həm də söyüşdür, özü də keyfiyyətli söyüş. Ay adam, get işinlə məşğul ol... Mənə görə narahat olma, Elza elə bir zirvədədir ki, ona əl çatmır".
Qeyd edək ki, Elşən Məmmədov "Fəryad", "Qara volqa" kimi məşhur Azərbaycan filmlərinin üzərində çalışıb.


Xəbəri paylaş

7978 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___