Dünya çempionunu yumruqla öldürən azərbaycanlının axtarışına xüsusi komanda cəlb edildi
Tarix: 21-08-2017 | Saat: 11:16
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər
Pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçyovun qətlində şübhəli bilinən şəxs Uzaq Şərq federal dairəsinin bütün regionlarında polis tərəfindən axtarılır.
Bu haqda “İnterfaks” agentliyinə Rusiya Daxili İşlər Nazirliyinin Xabarovsk üzrə idarəsinin KİV-lə əlaqələr üzrə mütəxəssisi Kiril Blinov bildirib.
Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları Uzaq Şərqin bütün nəqliyyat qovşaqlarına diqqətlə nəzarət edirlər. Qatili ağır cinayətlərin açılması üzrə ixtisaslaşan təcrübəli tədqiqatçıların komandası axtarır.
Həmçinin müstəntiqlər şübhəli şəxsin tanışlarının dairəsini yoxlayırlar. Şübhəli şəxsin qaydasız döyüş üzrə idmançı olduğu barədə informasiya isə təsdiqlənməyib.
Xatırladaq ki, dünən səhər Andrey Draçyov Xabarovskda kafenin qarşısında bir nəfərlə dalaşan zaman başından aldığı zərbə nəticəsində xəstəxanada ölüb.
Qazeta.ru saytı A.Draçyovu öldürən şəxsin Azərbaycan əsilli 25 yaşlı Anar Ziranov olduğu, onun döyüş idman növləri ilə məşğul olduğunu yazıb. Digər məlumatlara görə, A.Draçyovu öldürən şəxs Amur sakini olan 1992-ci il təvəllüdlü Allahverənov Anar Əliyar oğludur.
Xəbəri paylaş
1 5368 dəfə oxunub.
Digər xəbərlər

4-10-2019, 15:27
Azərbaycanlılar təxribatçı ermənilərin səhifəsini bağlatdırdı - FOTO
16-12-2015, 21:19
Təhsil nazirindən imtahanlarla bağlı əmr
2-04-2017, 15:57
“Milyonçu” kişi iş axtaran qadının başına oyun açdı - BAKIDA
25-09-2020, 16:39
Bu nazirliyin 26 işçisi koronaya yoluxdu, 1-i öldü
5-12-2015, 19:45
İlham Əliyev yeni Mərkəzin açılışında (FOTO)
11-12-2018, 10:06
"İnstagram"da səsli mesaj funksiyası yaradılıb
16-07-2016, 11:19
Ərdoğan mətbuat konfransı keçirəcək
16-02-2023, 10:05
Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan cütlük saxlanıldı
2-11-2016, 10:32
Texniki baxışın vaxtı çatdı
27-05-2023, 11:45
Evə görə nənəsini öldürüb zibilliyə atdı - Bakıda QANDONDURAN CİNAYƏT