Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sarkisyan rusların 200 milyon borcunu ödəyəcək
Tarix: 28-06-2015 | Saat: 23:57
Bölmə:Karusel / İqtisadiyyat / Dünya / M2 | çapa göndər

Sarkisyan rusların 200 milyon borcunu ödəyəcək

Ermənistan hökuməti elektrik enerjisinin tariflərinin artırılmasından doğan nəticələri özü aradan qaldıracaq.

Xeberaz.az KİV-ləri xəbər verir ki, bunu prezident Serj Sərkisyan öz kabinetinin üzvləri ilə görüşdə bildirib.

Sərkisyan deyib ki, işıq pulları sosial və ya digər proqramlardan qənaət edilən vəsait hesabına ödənməyəcək. Onun sözlərinə görə, bu işlər ölkənin təhlükəsizliyinin gücləndirilməsi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçiriləcək.

S.Sərkisyan əlavə edib ki, təhlükəsizlik üçün ayrılan pulların başqa sahəyə xərclənməsi o qədər də düzgün olmasa da başqa yol yoxdur, çünki ölkədəki indiki mühit də təhlükəsizlik məsələsi sayılır.

Sərkisyan dolayısı ilə etiraf edib ki, ölkənin təhlükəsizliyini və müdafiə qabiliyyətini möhkəmləndirmək üçün nəzərdə tutulan vəsaiti hazırda ölkədə davam edən mitinqlərə görə başqa istiqamətlərə yönəltmək məcburiyyətində qalıblar.

Erməni KİV-ləri yazır ki, söhbət Ermənistanın öz ordusunu gücləndirmək üçün bu günlərdə Rusiyadan aldığı 200 milyon dollarlıq kreditdən gedir. Həmin kredit orduya yeni silahlar almağa yox, elektrik şəbəkəsinin borclarını bağlamağa sərf olunacaq.


Xəbəri paylaş

6488 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___