Məşhur avtoritet Şeyx Həmzət Lənkəranskinin qəbri üstündə - Video
Tarix: 19-08-2017 | Saat: 11:02
Bölmə:Karusel / Gündəm / Xəbəraz TV | çapa göndər
Cinayət aləminin "Ümumavropa kassasının" nəzarətçisi, Şeyx Həmzət adı ilə məşhur olan çeçen əsilli kriminal avtoritet Həmzət Qastəmirov Azərbaycana gəlib. Onun gəlişində məqsəd 2016-cı il avqustun 17-dən 18-nə keçən gecə İstanbulda qətlə yetirilən azərbaycanlı qanuni oğru Rövşən Lənkəranskinin (Canıyev) qəbrini ziyarət etmək və il mərasiminə qatılmaq olub.
Sputnik Azərbaycan xəbər verir ki, Qastəmirov "qardaşı" Rövşən Lənkəranskinin xatirəsini yad edəndən və qəbrinə gül çələngi qoyandan sonra onun ailə üzvlərinə başsağlığı verib. Qastəmirovu Rövşən Lənkəranskinin məzarını ziyarətə gələn lənkəranlılar izdihamla qarşılayıblar. Şeyx Həmzət onlara Rövşən Lənkəranskinin onun üçün çox dəyərli olduğunu bildirib, bu itkinin yerinin doldurulmayacağını qeyd edib. Yeri gəlmişkən, Qastəmirov çıxışını Azərbaycan dilində edib. Sonra Rövşən Lənkəranskinin ruhuna dua oxuyub. Lənkəranskinin atası Rafiq Canıyev və digər rəhmətə gedən doğmalarının məzarlarını da ziyarət edərək ruhlarına Fatihə verib. Daha sonra o Bakıya qayıdıb.
Qeyd edək ki, Almaniyada yaşayan kriminal avtoritet Qastəmirov bir həftədir Bakıdadır.
Bununla yanaşı, Azərbaycanın hüquq-mühafizə orqanlarındakı mənbə Sputnik Azərbaycan-a bildirib ki, Lənkəranskinin xatirəsini yad etmək üçün kriminal dünyasının hal-hazırda qanunla hər hansı problemi olmayan azsaylı nümayəndələri gəlib.
"Qonaqlar sakitcə mərhumun qəbrini ziyarət ediblər, gül çələngi qoyublar və səssizcə oradan uzaqlaşıblar" — deyə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
Xəbəri paylaş
9858 dəfə oxunub.
Digər xəbərlər

16-04-2015, 00:20
Milli Məclisin xanım əməkdaşı vəfat etdi
22-04-2016, 15:16
ÜST: Azərbaycanda iki xəstəliyin ləğvi qeydə alınıb
29-06-2022, 13:18
HACIYEVA SEVİNC NAZİM qızı MAKLERLƏ ƏLBİR OLUB GÖRÜN NƏ ETD İ!!!
16-01-2016, 17:20
İŞİD-in pulları havaya uçdu – GİZLİ VİDEO
21-06-2015, 12:59
2 uşağın başı kəsildi- Gəncədə dəhşət+Yenilənib
2-02-2017, 19:57
Bərdədə Gənclər günü münasibətilə bayram tədbiri keçirildi-FOTOLAR
6-09-2018, 13:40
Məktəblərdə telefonlar QADAĞAN EDİLƏ BİLƏR - TƏKLİF
18-07-2018, 13:22
Yaşlı qadının 68 manatına göz dikdi - Bakıda biabırçı cinayət
26-06-2016, 11:36
Bakıda dəhşətli hadisə: 30 yaşlı qadın öldü
15-04-2022, 11:51
Bu gün akademik Zərifə Əliyevanın anım günüdür