Ərdoğan türkləri Merkelin əleyhinə səs verməyə çağırdı
Tarix: 18-08-2017 | Saat: 22:54
Bölmə:Karusel / Siyasət / Dünya | çapa göndər
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyada yaşayan türkləri seçkiyə gedərək Angela Merkelin rəhbərlik etdiyi hazırkı hakimiyyəti devirməyə çağırıb.
"Almaniya Avropa İttifaqının məramına uyğun gəlməyən ölkə vəziyyətindədir. Almaniyada yaşayan türk vətəndaşlar seçkilərdə bu cür davranış nümayiş etdirən şəxslərə və partiyalara lazımi dərsi verməlidirlər" — deyə Ərdoğan bildirib.
Cümə namazından çıxarkən jurnalistlərin suallarını cavablandıran Ərdoğan Türkiyənin Gömrük Birliyindən çıxarılması ilə bağlı münasibətləri gərginləşən Almaniyaya etirazını bildirib. Bu barədə məlumatı "Sputnik Azərbaycan" yayıb.
"Türkiyənin təzyiqi aşağı salmaq məsələsində heç bir problemi yoxdur. Əgər burada bir günahkar varsa, o da Almaniyadır. Almaniya indiyə qədər bütün daxili münaqişələrini davamlı olaraq Türkiyə və bəzi Aİ ölkələrinə qarşı addımlarla həll etməyə çalışıb" — deyə Ərdoğan bildirib.
O, Almaniyada yaşayan türkləri Türkiyəyə qarşı addımlar atan siyasətçilərə və partiyalara səs verməməyə çağırıb: "Mən də Almaniyadakı vətəndaşlarımıza deyirəm ki, əsla yanlış addım atıb onları dəstəkləməyin. Bunlar Türkiyə düşmənləridir. Birinci, yaxud ikinci partiya önəmli deyil. Bu, hazırda Almaniyada yaşayan bütün vətəndaşlarımız üçün şərəf məsələsidir".
Türkiyə prezidenti almanların məsləhətlərinə ehtiyacları olmadığını deyib.
"Siyasi partiyalar bu mübarizəni demokratik bir şəkildə aparmalıdırlar. Biz bunu Hamburq zirvəsində də gördük. Ordan dönüb gəldik, amma heç nə dəyişmədi. Amma əslində orada bu işi dəyişdirə biləcək, 1 milyona yaxın səs verəcək türk seçici var. Türk seçicilərin səsvermə zamanı xüsusilə Türkiyəyə bu cür hörmətsizlik edən siyasi partiyalara lazımi dərsi vermələrinin zəruri olduğunu düşünürəm" — deyə Ərdoğan əlavə edib.
Qeyd edək ki, Almaniya son dövrlərdə Türkiyəyə qarşı bir-birinin ardınca sərt addımlar atmaqdadır. Sonuncu dəfə rəsmi Berlinin təkidi ilə Türkiyə Avropanın Gömrük İttifaqından çıxarılıb.
Xəbəri paylaş
6278 dəfə oxunub.
Digər xəbərlər

13-11-2015, 16:56
43 min dəfə təcavüz edilən qızdan tük ürpədici etiraf FOTO
3-03-2018, 20:19
Kəlbəcərli seçicilərin növbəti qəbulu keçirilib-FOTO
30-04-2016, 13:39
Sabah bu yolların istiqaməti dəyişəcək
30-07-2015, 14:44
İŞİD üzvlərinin qadınlardan qorxmalarının sirri… - Video
24-12-2016, 01:46
Tovuzda “VAZ”-la “KamAZ” toqquşdu: 1 yaralı
24-07-2016, 18:44
Messi saçına rəng qoydu belə oldu- FOTO
15-08-2018, 16:44
Azərbaycanlı model dünyanın "Ən seksual qadını" siyahısında
20-12-2017, 11:56
Rövnəq Abdullayev: "Çörək yediyin qaba tüpürmək haramdı"
30-06-2015, 11:38
Sumqayıt şəhəri Hacı Zeynalabdin Bələdiyyəsi Türkiyə mediasının diqqət mərkəzində-Foto
9-02-2016, 13:53
Mağazalar siqaret satmır - UCUZLAŞMANIN TƏSİRİ