Barselona 15 nəfəri ölümdən xilas edən TÜRK - DÜNYA ONDAN DANIŞIR
Tarix: 18-08-2017 | Saat: 15:54
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər
Dünən İspaniyanın Barselona şəhərində terror aktının törədildiyi ərazidə yerləşən restoranın sahibi olan Türkiyə vətəndaşı Ercan Canın böyük qəhrəmanlıq etdiyi məlum olub.
Yaralıları restorana aparan Can qapını bağlayaraq, terrorçuların içəri daxil olmasına maneə olub.
O, hücum anında təxminən 15 nəfərin“Luna De” adlı restorana sığındığını və onlarla birlikdə içəridə gözlədiyini söyləyib.
“Hadisənin baş verdiyi əraziyə yaxın yerdəyik. Mikroavtobusun divara dəyərək dayandığını görə bilirik. Çöldə yalnız polislər və mikroavtobus var. Restoranın qapısını bağlamasaydım, terrorçular içəri girəcəkdilər. Şahidlər restorana daxil ola bilməyən iki terrorçunun binanın üst mərtəbələrinə çıxdığını söyləyiblər”, - o dəhşət anlarını “24 TV”yə danışıb.
İspaniya mətbuatı terrorçunun 20-25 yaşlarında olduğunun və Mərakeş əsilli bir ispan olduğunu yazıb. İnsanların üzərinə sürülən mikroavtobusun içində Dris Ukabirin pasportu tapılıb. O, Barcelonanın şimalındakı Ripoll şəhərində dünən gecə polisə gedərək təslim olub və günahsız olduğunu, pasportunun qardaşı tərəfindən oğurlandığını deyib. Dris Ukabir saxlanılıb. Hazırda onun 18 yaşındakı qardaşı Musa axtarılır.
Xəbəri paylaş
8448 dəfə oxunub.
Digər xəbərlər

29-06-2017, 15:56
Aygün Bəylərin qardaşı: "Bağa girəndə onun ağa bükülmüş meyitini gördüm" - MƏHKƏMƏDƏN
4-02-2016, 14:56
“Bakının mərkəz küçələri bağlı olacaq
24-07-2015, 12:25
Azərbaycanda 20 nəfər iş başında ölüb
17-06-2015, 22:30
Putin dünyanı dağıtmaq istəyir?
2-05-2016, 12:22
Ermənilərin daha bir əsgəri məhv edildi
28-08-2015, 20:07
Hindistanda iki bacını zorlanmaya məhkum etdilər
19-04-2016, 14:36
Ermənistanda yoxsulluq səviyyəsi 76 faizi keçdi
3-06-2017, 19:06
Banan qabığının saysız faydası