Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Göygöldə dəhşətli QƏTL: ər arvadının başını kəsdi, qayınanasını isə ... - YENİLƏNİB
Tarix: 17-08-2017 | Saat: 23:07
Bölmə:Karusel / Hadisə | çapa göndər

 
Göygöldə qətlə yetirilən ana və qızının kimliyi məlum olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Yeni Qızılca kənd sakini Əliyev Zaur Adil oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı, 1989-cu il təvəllüdlü Əliyeva Günel Vilayət qızı və qayınanası həmdə xalası olan 1964-cü il təvəllüdlü Əliyeva Minayəni bıçaqlayaraq qətlə yetirib. Cinayəti törədən Z. Əliyev saxlanılıb.
 
Məlumata görə ailənin iki övladı var.
 
Faktla bağlı Göygöl Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
 
 
***** 20.33
 
Göygöldə iki qadının qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, öldürülən qadınların ana və qızı olduğu məlum olub.
 
Məlumata görə, Qızılca kənd sakini həyat yoldaşı və qayınanasını qətlə yetirib.
 
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları yerində istintaq-əməliyyat tədbirləri həyata keçirirlər.   
 
 
*** 18.43
 
Göygöldə iki qadın qətlə yetirilib.
 
Apa-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qızılca kəndi ərazisində baş verib.
 
Bir qadın başı kəsilərək qətlə yetirilib. Digəri isə yaralı vəziyyətdə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
 
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


Xəbəri paylaş

6728 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___