Qadınların beyni kişilərdən daha aktivdir
Tarix: 14-08-2017 | Saat: 10:21
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər
Alimlər bu günə qədər ən böyük beyin görüntüləmə tədqiqatında doqquz klinikanın 46 mindən çox beynin vahid foton emissiyalı kompüter tomoqrafiyasının (SPECT) təsvirlərini müqayisə ediblər. Bununla elm adamları qadın və kişilərin beyinləri arasında fərqi qiymətləndiriblər.
Tədqiqatçılar 119 könüllü və 27 minə yaxın beyin travması, şizofreniya, bipolyar affektiv pozuntu, duyğu və qavrama pozuntuları və diqqət əskikliyi kimi xəstəliklərdən əziyyət çəkən pasiyentlər üzərində araşdırma aparıblar. Ümumilikdə, 128 beyin bölgəsi təhlil edilib. Araşdırma zamanı qadınların beyninin bir çox hissəsinin, xüsusilə fokus və impuls nəzarətlə bağlı prefrontal qabığının və əhvali-ruhiyyə və narahatlıq hissi ilə əlaqəli beynin limbik və ya emosiya sahələrinin kişilərdən daha aktiv olduğu məlum olub. Beynin koordinasiya və vizual mərkəzlərinin isə kişilərdə qadınlardan daha fəal olduğu müşahidə edilib. Həmin müxtəlifliklər qadın və kişilərə fərqli təsir edir. Zərif cinsin nümayəndələrində alzeymer xəstəliyi riski, depressiya, narahatlıq hissi yüksək olduğu halda, kişilərdə davranış problemləri, diqqət əskikliyi və hiperaktivlik riski daha çoxdur.
Xəbəri paylaş
6588 dəfə oxunub.
Digər xəbərlər

30-07-2017, 16:23
Məşhur aparıcının xanımı Bodrumda güllələndi
16-02-2022, 11:05
Çay evində başlayan mübahisə qətllə nəticələndi - FOTO
22-04-2018, 09:49
Ərdoğan: "ABŞ Türkiyə üçün təhlükədir"
12-04-2015, 20:38
Rusiyada güclü yanğın- 100 ev alovlandı, 15 nəfər yaralandı
15-04-2022, 09:12
"İti qovan kimi qovuruq" ifadəsi "Kuruluş Osman"da - VİDEO
26-04-2016, 22:48
Türkiyəyə elə bir silah verilir ki, istənilən hədəfi...
4-07-2018, 12:39
Vergilər Nazirliyində ciddi dəyişiklik - Müşavir işdən azad edildi
8-05-2021, 21:48
Serialların ailələri məhv edən 8 cəhəti
20-06-2016, 13:18
Ramiz Əzizbəyli: “Əl-ayağım işləmir...”
24-11-2020, 18:23
Sotk-Kəlbəcər yolu sabahdan bağlanacaq - Ermənistan KİV