Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Səadət Arifqızı hansı mərhum sənətkarın oğlu ilə görüşdü?-FOTOLAR
Tarix: 12-08-2017 | Saat: 14:44
Bölmə:Karusel / Şou-Biznes / Fotogalereya | çapa göndər



Tanınmış teleaparıcı-jurnalist Səadət Arifqızı aparıcısı olduğu ve Dünya tv kanalında yayımlanan “Salam Azərbaycan” verilişinin Rusiyada çəkilişləri zamanı kolifey sənətkarımız, xalq artisti mərhum Hacıbaba Bağırovun böyük oğlu Aleksandr Bağırovla həmyerlilərimizin köməyilə tanış olub və onu öz verilişinə çəkib. Səadət xanımla müsahibə zamanı Aleksandr bəy deyib-“ Mən doğulduğum Bakı şəhərini çox sevirəm. Hətta balaca nəvəmə də həmişə Bakı haqqında danışıram. Hamımız ailəlikcə Bakını çox sevirik. Atamın ölümündən sonra Azərbaycana getməmişəm. Ama otağımda olan şəkillərdən də görürsüz ki, mənim ürəyim həmişə atamladır”. Səadət xanımın – “ Sizi atanızın rollarını canlandırmaq üçün Bakıya dəvət etsəydilər gedərdinizmi” sualına Aleksandr bəy hə cavabı verib. Aparıcı Səadət Arifqızı isə bu müsahibə və görüş barədə bunlari dedi-“ Mən Aleksandr bəyi görəndə çox təəccübləndim. Düzdür məni onunla tanış edən həmyerlimiz Alay bəy mənə öncədən demişdi ki, Aleksandr bəy mərhum atasına çox bənzəyir. Amma mən bu qədərdə oxşarlıq gözləmirdim. Sanki bir almanı iki yere bölmüsən. Hətta üzündəki xallar eynisidir. Bir sözlə, mən Aleksandr bəyin qonaqpərvər , Bakını çox sevdiyini, ən əsası atasına olan böyük sevgisini deyə bilərəm. Aleksandr Bağırov mənə mərhum sənətkarımız Hacıbaba Bağırovla- atası ilə olan şəklini imzalayıb hədiyyə etdi”. Onu da qeyd edək ki, tanınmış teleaparıcı Səadət Arifqızı hal-hazırda qardaşı rejissor-operator Məhəmmədlə birgə Rusiyada çəkilişlərdədir. “Salam Azərbaycan” verilişinin layihə rəhbəri isə Mehman Rüstəmovdur. Sizin komandanıza uğurlar arzu edirik.



Xəbəri paylaş

2 4848 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___