Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Axı Lütfi Zadənin bunları etmək imkanı var idi...
Tarix: 11-08-2017 | Saat: 23:06
Bölmə:Karusel / Gündəm | çapa göndər


“Qeyri-səlis vəsiyyət nəzəriyyəsi”- Pafos və səmimiyyət aralığındakı dahi alim
 

Dünya elmində əsaslı dəyişiklər etmiş alimlərdən biri Lütfi Zadənin anadan olduğu ata yurdu Azərbaycanla bağlı duyğuları hər zaman sual altında olub. Kimi onun dünyaya göz açdığı və uşaqlığının ən qayğısız illərinin keçdiyi Azərbaycana dərin sevgisindən danışır, kimisi də alimin ömründə bircə dəfə də olsun, “mən azərbaycanlıyam” deməməsindən... Hətta onun  Azərbaycanın problemini  dünya miqyasında səsləndirməməsi, ümumiyyətlə, Azərbaycan dilini bilməməsi qabardılır.
 
Deyilənə görə, Lütfi Rəhim oğlu Ələsgərzadə - qısaca olaraq Lütfi Zadə anadan olduğu və uşaqlığını keçirdiyi Bakını həmişə xoş duyğularla xatırlayıb. 12 yaşına kimi Bakıda yaşayan və burda məktəbə gedən  böyük alim  atasının kitabxanasında olan rus klassikləri və digər dahilərdən 3000-ə yaxın kitabın hamısını  oxuyub bitirmişdi. Hər dəfə də  özünün intellektual inkişafından danışarkən bunları deyib: “Mən Bakıda XIX əsr rus ədəbiyyatının təsiri altında böyümüşəm”.
  
Bu cümlə həm Bakının intellektual imicinin, həm də Zadənin Azərbaycana olan sevgisinin göstəricisi idi.
 
Lütfi Zadə uşaqlıq illərini, köhnə Bakını, evlərini və oxuduğu məktəbi çox şirin nostalgiya ilə xatırlayıb: “Evimizin yaxınlığında kiçik bir köşk var idi. Atam hər dəfə məni ora “Vışka” qəzeti almağa göndərərdi. Onda mənim 9 yaşım var idi”.
 
Deyilənlərə görə, Lütfi Zadənin dərs dediyi universitetin yaxınlığında böyük bir kafe var. Mütəmadi olaraq orda nahar etdiyi üçün oranı “Zadə kafesi” kimi tanıyırlar. Bu, həm də o kafe üçün əlavə bir reklamdır. Kafenin divarlarında Azərbaycana aid  çoxlu portretlər var. Neft buruqları, təbii mənzərələr, Bakını təsvir edən görüntülər və s.  
İnanın, Zadə bunu ancaq və ancaq Azərbaycan sevgisi və PR-ı naminə edib. Hər gün o kafeye girən adam sanki Azərbaycanla qarşılaşır.
 
Yaxşı, buradan belə bir sual ortaya çıxır: böyük alim həqiqətən, Azərbaycanı və uşaqlığının paytaxtı olan Bakı şəhərini bu qədər sevirdisə, nə üçün o sevgini özündə əks etdirən addımlar atmadı? 

1930-cu illərin əvvəllərində 12 yaşında ikən Bakını tərk edən Zadə bura bir də 1965-ci ildə gəldi. O vaxtdan artıq 30 ildən də çox vaxt keçmişdi. Onda Lütfi Zadə məşhurluğunun ilk işartılarını yaşamaqda idi. Üstündən uzun illər keçəcəkdi və onu dünya elminin inqilabçısına çevirən qeyri-səlis məntiq və əlavə 4 nəzəriyyə Lütfi Zadəni bütün dünyaya tanıdacaqdı. Berkli Universitetinin ömürlük professoru seçilən yeganə şəxs olacaqdı. Bütün dünya ondan danışacaq, əksər böyük şirkətlər Lütfi Zadəyə dua edə-edə milyardlar qazanacaqdı. Alimlər dayanmadan ona istinad edən əsərlər yazacaqdı və beləliklə, Lütfi Zadə dünyanın ən çox istinad edilən alimlərindən biri olacaqdı. Lakin bütün bunlarla yanaşı, doğma ölkəsinə ondan sonra cəmi iki dəfə gələcəkdi ki, bunların da sonuncusu 2008-ci ilə təsadüf edəcəkdi.
Bu illər ərzində Lütfi Zadənin Azərbaycan haqqında bir dəqiqəlik danışığı, bir əlçim kağızlıq məqaləsi belə, erməni lobbisini narahat edə bilərdi. Amma çox təəssüf ki, bu, baş vermədi. Lütfi Zadə Bakı nostalgiyasını təsdiqləmək üçün heç bir addım atmadı. Heç bir vaxt təşrif buyurması ilə seçilən yüksək tribunaların bir dəqiqəsini belə, Azərbaycana xərcləmədi. Təbii ki, o dünyanın borclu olduğu böyük alimdir. Onun elmdə gördüyü işlər bəlkə də, dünyanın öz miqyasından da genişdir. Heç kəs onda bir  alim kimi nəyisə qüsur tuta bilməz. Amma görünən dağa nə bələdçi... Axı Lütfi Zadənin bunları etmək imkanı var idi... Onun bircə kiçik məqaləsi belə,  erməni lobbisinin yarıtmaz işlərini darmadağın etmək, Azərbaycanın haqq səsini dünyaya çatdırmaq gücündə idi...Amma...
 
Amması o ki, bu da axırı...  İki gün əvvəl dünya elminin ən böyük simalarından olan Lütfi Zadənin oğlu Norman Zadə atasının səhhətinin ağır olduğunu, dünyasını dəyişdikdən sonra Bakıda dəfn olunmasını vəsiyyət etdiyini bildirib. Təbii ki, biz dünya elminin yeni mərhələsini yaradan alimə Allahdan can sağlığı arzulayırıq. Yaşından asılı olmayaraq, kimin nə zaman bu dünyadan köçəcəyi bizim səlahiyyətimiz xaricindədir... Amma bir hüquqi sənəd kimi vəsiyyətin də öz hökmü var. Həmin vəsiyyətdəki Azərbaycan sevgisi də öz təsdiqini tapmış oldu. Amma yuxarıdakı faktları xatırladıqca, nədənsə arada dərin bir ziddiyyətin yarandığını görürük. 96 illik ömrü boyunca (Allah bir az da can sağlığı versin) cəmi 3 dəfə olduğu Vətənə sevgisini nə ilə əsaslandırmaq olar?!
 
Açıqlama verən müsahiblər fərqli-fərqli mülahizələr irəli sürüblər. Filosof Müşfiq Ötgün Zadənin məlum vəsiyyətinin pafos yox, ürəkdən gələn bir istək adlandırıb və bunun gələcəkdə bir nümunəyə çevriləcəyinə də inanır:
 
“Bu, yaxşı haldır. Onun üçün son günlərində təskinlikdir bəlkə, Azərbaycan torpağı və onun üzərində yaşayanlar üçün böyük nümunə olacaq. Azərbaycanlıların özünüdərk şüuruna, vüqarına böyük qatqısı oldu o alimin. Hamının dilində idi Lütfü Zadə. Bu xidmət deyildi? Özünü azərbaycanlı adlandırması və vətəndə dəfn olunmaq istəyi də vətənə xidməti deyil, nədir? Xoş gəlir vətənə....”.


Yazıçı-tərcüməçi Aslan Quliyev isə məsələyə daha sərt və daha fərqli yanaşıb:
 
“Lütfi Zadə üçün “ən böyük azərbaycanlı” və sair yazırlar. Hansı işinə görə? O azərbaycanlı idimi?! Azərbaycana nə dəxli var idi?! Azərbaycan üçün hansı işləri görmüşdü? Bəlkə bir dəfə yazı yazmış, ya hardasa çıxış eləyərək demişdi, Azərbaycanın işi haqq işidir, Azərbaycanın torpaqlarını işğal eləyiblər. Bunları Lütfi Zadədən eşidən oldumu? Barı doğulduğu torpağa vətən deyə bilən bir övlad yetişdirmədi. O çapda bir erməni olsaydı, ölkəsi üçün nə işlər görməzdi! Kimləsə mübahisə açmaq istəmirəm, mənə qalarsa, 6 yaşlı Zəhranın şəkli olan plakatlarla Amerika küçələrinə çıxıb bütün dünyadan haqq tələb eləyən, cinayətkarlara cəza verilməsini istəyən azərbaycanlı daha böyük azərbaycanlıdır, nəinki Lütfi Zadə!”.


Sosioloq alim Əhməd Qəşəmoğlu isə birbaşa “Zadə Azərbaycan üçün nə edib?” sualını cavablandıracaq açıqlama ilə yadda qalıb: 

“Lütfi Zadəni tənqid edənləri bir neçə qrupa ayırmaq olar:  Onun Azərbaycan alimlərinə verdiyi dəstək, etdiyi kömək barədə məlumatı olmayanlar; dahi alimin kim olduğunu bilməyənlər; Mənfur məqsədlərlə xalqımızın nüfuzlu şəxslərini gözdən salmağı qarşısına məqsəd qoyanlar və s. Ölkəmizin bir çox alimlərinin, o cümlədən mənim də elmi nəticələrimin beynəlxalq aləmdə tanınmasında da Zadənin böyük rolu var”.
 
Sonda Allahdan Lütfi Zadəyə can sağlığı arzulayırıq və  demək istəyirik ki, uşaqlığının keçdiyi Bakıda yenə də qəzet köşkləri var. Hansı ki, mərhum atanız sizi o köşklərdən birinə qəzet almağa yollardı...
(modern.az)


Xəbəri paylaş

8038 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___