Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qəbələdə müəmmalı intihar: "Deyirlər, Rəvanı asıblar" - YENİLƏNİB - FOTO
Tarix: 09-08-2017 | Saat: 14:16
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər


13:00
Qəbələdə intihar hadisəsi qeydə alınıb.
Şəhərin "Qəbələ - Xanlar" İstirahət Mərkəzində çalışan 1995-cil təvəllüdlü Mahmudov Rəvan Mahir oğlu özünü işlədiyi məkanın arxasında yerləşən yarımçıq tikilidə asıb.
Məsələ ilə bağlı yenicag.az-a saytına açıqlama verən mərhumun kürəkəni Mehdiyev Cavadmüəmmalı intiharın səbəblərini, hələ ki, bilmədiklərini deyib. Onun sözlərinə görə, intihar edən Əmirvan kənd sakininin hər hansı bir problemi olmayıb: "Meyit asılmış vəziyyətdə tapılmışdı. Boğazında kəndir var idi. Gah deyirlər özünü asıb, gah da deyirlər asıblar. Polisdən də iki günə məsələnin dəqiqləşəcəyini deyiblər. İntiharı səbəbi də müəmmalı olaraq qalır. Bədənində hər hansı bir xəsarət izi yox idi. Nəyə görə intihar etdiyini də bilmirik. Heç bir problemi yox idi. İşində də hər hansı problem olmayıb, müdirləri də gəlmişdi".
Qeyd edək ki, faktla bağlı Qəbələ şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci ( özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanılıb, araşdırma aparılır.
---------
10:26
Qəbələ şəhərində yerləşən istirahət mərkəzlərinin birində intihar hadisəsi baş verib.
Oradakı "Xanlar" istirahət mərkəzində işləyən Əmirvan kənd sakini, 1995-ci il təvəllüdlü Rəvan Mahir oğlu Mahmudov istirahət mərkəzinin arxasında yerləşən yarımçıq tikilidə özünü asaraq intihar edib.
Faktla bağlı Qəbələ şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci ( özünü öldürmə həddinə çatdırma ) maddəsilə cinayət işi başlanılıb, araşdırma aparılır.



Xəbəri paylaş

9718 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___