Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Uşağınız səpibsə, bunları edin – HƏKİM MƏSLƏHƏTİ
Tarix: 09-08-2017 | Saat: 11:37
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər





Bir neçə gündür ki, havanın temperaturu kəskin şəkildə qalxıb. Dözülməz istilər bütün insanların, həmçinin də azyaşlıların discomfort yaşamasına səbəb olur. Xüsusilə də kondisionerli məkanlardan birbaşa isti havaya çıxan körpə orqanizmi buna dözmür və müəyyən fəsadlarla üzləşir. Onlarda qızdırma, öskürək, ürəkbulanma kimi hallar yaranır. Hətta müşahidə etdikdə görürük ki, əksər azyaşlı uşaqların alın, üz, sinə nahiyələrində səpgilər var.
Bəs sadaladığımız problemlərin yaranmaması və aradan qaldırılması üçün hansı tədbirləri görmək lazımdır?
Məsələ ilə bağlı danışan pediatr Vaqif Qarayev bildirdi ki, bu cür havalarda valideynlər çox diqqətli olmalıdır ki, uşaqlarının səhhətində hansısa problemlər yaranmasın: “Ümumiyyətli bu cür günəşli havalarda saat 11-dən 6-ya qədər olan qismdə qətiyyən uşaqları bayıra çıxarmaq olmaz. Onlar evdə sərin hava şəraitində olmalıdırlar ki tərləməsinlər. Yaxşı olar ki, otağın havası tez-tez dəyişdirilsin. Xüsusilə də azyaşlı uşaqlar birbaşa kondisionerin soyuğuna məruz qalmamalıdır. Çünki onların orqanizmi kəskin temperatur dəyişiminə məruz qalanda nəticələr ürəkaçan olmur. Məsələn uşaq istidən gəlibsə kondisionerdəki 22 dərəcəlik temperaturu qaldırıb 27-28 dərəcə etmək lazımdır ki, o tədricən mühitə uyğunlaşsın”.
V.Qarayev məlumat verdi ki, bu cür havalarda uşaqlar mütəmadi su vannaları qəbul etməlidirlər: “Həmçinin onlara daha çox maye vermək lazımdır. Məsələn çay su və evdə hazırlanan şirələr. Amma qəti şəkildə uşaqlarınıza qazlı sular verməyin. Bu onların səhhəti üçün birmənalı olaraq ziyandır. Səhər və axşam saatlarında uşağı elə geyindirmək lazımdır ki, tərləməsin. Xüsusilə sintetik parçalardan istifadə etməmək məqsədəuyğundur. Onların geyimləri təbii parçalardan seçilməlidir. Qeyd edim ki, körpələr üçün tamamilə hərəkətsiz dayanmaq da zərərlidir. Buna görə də onların kölgədə oynamaları üçün mütləq şərait yaratmaq lazımdır”.
“Yayda əksər uşaqlarda səpgilər yaranır. Hətta hansısa allergiyası olan uşaqlarda qaşınma güclənir. Belə uşaqlar qətiyyən günəş şüalarına məruz qalmamalıdırlar. Ümumiyyətlə allergik uşaqlar həm evdə, həm də bayırda kəskin istidən qorunmalıdır. Çünki allergik səpgilər digər istilikdən yaranan səpgilərlə qarışır və uşağı daha çox incidir. O cümlədən südəmər uşaqlar da çox tərləyir və onlarda da belə səpkilər yaranır” –Deyə pediatr söylədi.
Həkim məsləhət verdi ki, uşaqları marqanisli su ilə vanna edərək belə səpgilərdən qurtulmaq olar: “O cümlədən yattıqanqal (çereda), çobanyastığı ilə də vannalar, kompreslər yaxşı təsir göstərir”. 


 









Xəbəri paylaş

6918 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___